525.Az

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli xarakter daşıyır


 

Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli xarakter daşıyır<b style="color:red"></b>

Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən dərin islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə etməklə, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur.

Bu vəzifələrin həyata keçirilməsi və istənilən nəticələrin əldə edilməsi isə korrupsiyaya qarşı ciddi mübarizəni şərtləndirir. Heç kimə sirr deyil ki, ölkəmizdə son illər korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib.Ümumiyyətlə, son 16 ildə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə qanunvericilik bazası gücləndirilib, beynəlxalq standartlara cavab verən institusional, qanunvericilik və inzibati tədbirlər həyata keçirilir. Ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı son illərdə daha kəskin mübarizə aparıldığını beynəlxalq təşkilatlar da etiraf edirlər. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə heç kimə güzəşt olunmayacaq. Müxtəlif vəzifəli şəxslərin "iş başında" yaxalanması da deyilənlərin əyani sübutudur.

Bir sözlə, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır.

Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib və korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin olunması istiqamətində tədbirlər görülür.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclasının keçirilməsi və orda səslənən fikirlər bu bəla ilə mübarizənin daha amansız aparılacağı qənaətə gəlməyə imkan verir.

Milli Məclisin deputatı Cavid Osmanovun sözlərinə görə, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet sahələrindəndir.

Deputat bildirib ki, Prezident tərəfindən hər zaman neqativ halların aradan qaldırılması, korrupsiyanın qarşısının alınması məqsədilə çox vacib addımlar atılıb: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib".

C.Osmanov vurğulayıb ki, ölkəmizdə aparılan islahatlar, struktur, kadr dəyişiklikləri bütün inkişaf templəri ilə bərabər korrupsiya və rüşvətxorluğun qarşısının alınmasında da böyük yer alır: "Təbii ki, dövlət başçısı tərəfindən bir neçə dəfə məmurlara xəbərdarlıq olunmuşdur. Cənab Prezident hər zaman vurğulayıb ki, korrupsiya, rüşvətxorluq halları ölkənin ümumilikdə inkişaf tempinə zərbə vurur. Ona görə də, korrupsiya, rüşvətxorluğun qarşısı amansızcasına alınmalıdır".

Deputat qeyd edib ki, ölkə Prezidentinin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş dayanır: "Aparılan kadr islahatları nəticəsində yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilir. Bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. İstənilən sahədə kadrlar dövlətə, xalqa bağlı, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, Prezident İlham Əliyevin apardığı daxili siyasətdə korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daim ön plana çəkilib və həyata keçirilən islahatların ən vacib hissələrindən biri olaraq qiymətləndirilir. O vurğulayıb ki, dövlət başçısı məmurları vəzifəyə təyin edərkən onlara ilk tövsiyəsi vətəndaşın yanında olmaqla, vətəndaşa xidmət etməklə, ictimai nəzarəti formalaşdırmaqla hər bir məmurun vətəndaşın xidmətçisi rolunda çıxış etməsi ilə bağlı olub: "Prezident yüksək vəzifələrə təyin etdiyi bütün məmurlara bu tövsiyələri verir. Sözsüz, zaman və faktlar göstərir ki, bəzən məmurların bəziləri vəzifəsini icra etməyə başladıqdan sonra cənab Prezidentin tələblərini unudur və tamamilə başqa yollar tutur, pul qazanmaq həvəsinə düşür, rüşvətxorluqla, korrupsiya ilə məşğul olur, bu vasitə ilə dövlətin apardığı uğurlu siyasətə xəyanət etmiş olurlar. Bunun da nəticəsidir ki, son dövrlərdə yerli icra hakimiyyəti orqanları rəhbərlərinin bu neqativ fəaliyyətlərinə qarşı ciddi mübarizə aparılır. Dövlətimizin başçısı həmişə çıxışlarında qeyd edib ki, korrupsiyaya qarşı çox amansız mübarizə aparılır, aparılacaq, kimliyindən asılı olmayaraq, heç kəs bu məsələdə sığortalanmayıb".

PƏRVANƏ

 





18.09.2020    çap et  çap et