525.Az

ABŞ Ticarət Nazirliyinin “WeChat” əlavəsi ilə bağlı qərarı qüvvəyə minmədi


 

ABŞ Ticarət Nazirliyinin “WeChat” əlavəsi ilə bağlı qərarı qüvvəyə minmədi<b style="color:red"></b>

Kaliforniya ştatında məhkəmə ABŞ Ticarət Nazirliyinin “Google”, “Apple” və digər ABŞ şirkətlərinin əlavələrinin bazarlarından Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin çıxarılması barədə qərarının qüvvəyə minməsini dayandırıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, hakim Lorel Biler “WeChat” istifadəçilərinin iddiasını baxış üçün qəbul edib.

Qeyd edək ki, ABŞ Ticarət Nazirliyinin qərarına əsasən, sentyabrın 20-dən Çinin “Tencent” şirkətinin “WeChat” messencerinin əlavəsinin yüklənməsi qadağan idi.

 





20.09.2020    çap et  çap et