525.Az

Üzeyir Hacıbəylinin iş otağında "Açıq qapı günü"


 

Üzeyir Hacıbəylinin iş otağında "Açıq qapı günü" <b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Günü ilə əlaqədar "Açıq qapı günü" keçirilib.

Tədbirdə çıxış edən Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, BMTM-in binasında dahi bəstəkar Ü.Hacıbəylinin iş otağı yerləşib.

Onun sözlərinə görə, bu səbəbdən Mərkəz "Açıq qapı günü"nü keçirməyi qərara alıb.

F.Şəfiyev qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi çox istedadlı musiqi xadimləri yetişdirib: "Üzeyir Hacıbəyli və başqa musiqi xadimləri Şuşada doğulub, lakin bu gün Şuşa işğal altındadır".

Mərkəz sədri tədbirin bu gün keçirilməsinin böyük simvolik mənasının olduğunu vurğulayıb. 

F.Şəfiyev Azərbaycanın heç vaxt işğal faktı ilə barışmayacağını da qeyd edib.  Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyev bildirib ki, Ü.Hacıbəyli dünya miqyasında tanınan bir şəxsiyyətdir: "Onun yaratdığı əsərlər Azərbaycan xalqının necə istedadlı insanlar yetişdirə biləcəyini göstərir. Üzeyir Hacıbəyli Azərbaycanın zəngin musiqi ənənələrini müasir notlar vasitəsilə dünya miqyasında tanıdıb".

S.QARAYEVA

 





20.09.2020    çap et  çap et