525.Az

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçdi


 

İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Azərbaycana keçdi<b style="color:red"></b> İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrlik Türkiyədən Azərbaycana keçdi.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan öz çıxışında bəyan edib.

"Türkiyə İƏT-ə sədrlikdə təcrübəsini bölüşməyə hazırdır", - Ərdoğan bildirib. Baş nazir qeyd edib ki, sədrlik Türkiyəyə iki il əvvəl keçmişdi. O zaman dünya iqtisadi böhranın ən çətin dövrünü yaşayırdı.

Ərdoğanın sözlərinə görə, Türkiyə əmindir ki, Azərbaycanın quruma sədrliyi dövründə İƏT ölkələri arasında iqtisadi əməkdaşlıq genişlənəcək.

Qeyd edək ki, çərşənbə axşamı Bakıda Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti öz işinə başlayıb.
 





16.10.2012    çap et  çap et