525.Az

Ermənistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı


 

Ermənistanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırıldı<b style="color:red"></b>

Ermənistan səfirliyinin müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.

O vurğulayıb ki, müvəqqəti işlər vəkili Ermənistanın İsraildə səfirlik açmasına etiraz olaraq XİN-ə çağırılıb.

S. Xətibzadə qeyd edib ki, Ermənistanın İsraildə səfirlik açması ilə bağlı İran tərəfinin narazılığı müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

 





21.09.2020    çap et  çap et