525.Az

XİN-in Konsulluq İdarəsinin sabiq rəisi məhkəməyə gətirildi - Yenilənib


 

XİN-in Konsulluq İdarəsinin sabiq rəisi məhkəməyə gətirildi -<b style="color:red"> Yenilənib</b>

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin sabiq rəisi Faiq Bağırov məhkəməyə gətirilib.

APA-nın məlumatına görə, hazırda Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə F. Bağırovun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatətə baxılır.

***


Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin rəisi Faiq Bağırov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsinə dair vəsatət verib.

APA-nın məlumatına görə, onun vəsatətinə bu gün Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında baxılacaq.

Qeyd edək ki, F.Bağırov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.

Onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 





22.09.2020    çap et  çap et