525.Az

Bakı metrosunda gecikmələr müşahidə olunur


 

Bakı metrosunda gecikmələr müşahidə olunur<b style="color:red"></b>

“Bakı Metropoliteni“nin “Nəriman Nərimanov” – “Ulduz” stansiyaları arasında yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə baş verən nasazlıq səbəbindən hazırda metropolitenin xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur.

“APA-Economics”in məlumatına görə, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bəzi qatarlar arasında interval əlavə olaraq 2-3 dəqiqə artıb: “Bəzi qatarlar isə qrafik üzrə interval göstəricisinə uyğun hərəkət edir”.

 





22.09.2020    çap et  çap et