525.Az

Energetika naziri yeni yaradılan Agentliyə direktor təyin edəcək


 

Energetika naziri yeni yaradılan Agentliyə direktor təyin edəcək<b style="color:red"></b>

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin fəaliyyətinə Energetika nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Əsasnaməsində əksini tapıb.

Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.  Agentlik direktorunun Energetika nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi iki müavini var.

 





22.09.2020    çap et  çap et