525.Az

"Vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil"


 

"Vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil"<b style="color:red"></b>

ELMƏDDİN HACILI: "ÖLKƏMİZDƏ MÖVCUD OLAN QHT-LƏR İNSANLAR ARASINDA VƏTƏNDAŞ CƏMİYYƏTİ QURUCULUĞUNA MARAQ SON İLLƏRDƏ DAHA DA GÜCLƏNİB"

Müsahibimiz Vətəndaş Cəmiyyəti Problemlərinin Tədqiqi Mərkəzinin sədri Elməddin Hacılıdır. Söhbətimizin məğzini vətəndaş cəmiyyətinin mahiyyəti, tarixi inkişaf yolu, QHT-lərin vətəndaş cəmiyyətində yeri rolu haqqında fikirlər təşkil edir.

- Əvvəlcə vətəndaş cəmiyyətinin mahiyyəti tarixi inkişaf yolu haqqında fikirlərinizi bilmək istərdik.

- Əsrlərdir ki, vətəndaş cəmiyyəti bir institut olaraq filosoflar, tarixçilər digər tədqiqatçıların maraq dairəsindədir. Vətəndaş cəmiyyətini müxtəlif aspektlərdən öyrənən tədqiqatçılar ilk öncə bu anlayışın mahiyyətini izah etməyə bunun əhəmiyyətini insanlara çatdırmağa çalışıblar. Bunun nəticəsidir ki, müasir dövrümüzdə vətəndaş cəmiyyəti anlayışı daha geniş məna kəsb etməyə başlayıb. Tədqiqatçılar vətəndaş cəmiyyəti anlayışını ilk dəfə izah edənlər arasında daha çox qədim yunan filosofu Platonun Aristotelin adını çəkirlər. Məsələn, ukraynalı politoloq Vladimir Litvin vətəndaş cəmiyyətinə həsr etdiyi məqaləsində yazır ki, "Vətəndaş cəmiyyəti" - antik dövrün ictimaiyyətşünaslıq terminidir, qədim Roma (Siseron) hətta qədim yunan (Platon) müəllifləri onu, "şəhər-dövlətlərin vətəndaş birliyi" mənasında işlətmişlər. Platonun Aristotelin öz əsərlərində qeyd etdiyi bir sıra məsələlər: ideal insan cəmiyyəti, insanlara xas sosial xüsusiyyətlər, dövlət hakimiyyəti haqqındakı baxışları, dövlət vətəndaş münasibətləri barədə mühakimələri Vladimir Litvinin yuxarıdakı tezisini əsaslandırmağa imkan verir. Aristotelə görə, insan ictimai-siyasi varlıq,dövlət isə siyasi vətəndaşlar cəmiyyətinin təbii məhsuludur.

Tədqiqatlar göstərir ki, antik dövrün filosofları o zamankı mürəkkəb sosial-iqtisadi siyasi münasibətlər vətəndaş cəmiyyətini dövləti bir-birindən fərqləndirməyi bacarıblar. Vətəndaş cəmiyyətinin xüsusiyyətlərini aydınlaşdırmağa cəhd göstəriblər.

Müasir elmdə "vətəndaş cəmiyyəti" ifadəsini ilk dəfə XVII əsrdə Tomas Hobbs işlədib. O, vətəndaş cəmiyyəti anlayışından artıq birbaşa öz mənasında istifadə edir. Lakin araşdırmalar göstərir ki, onun dövlət vətəndaş cəmiyyət haqqındakı baxışlar bəzən bir-biri ilə ziddiyyət təşkil edir. Con Lokk isə vətəndaş cəmiyyəti anlayışını izah etməyə çalışıb mülkiyyəti cəmiyyətin, o cümlədən vətəndaş cəmiyyətinin əsası sayır. Onun "vətəndaş cəmiyyəti daxilində heç bir insan həmin cəmiyyətin qanunlarından istisna edilə bilməz" fikri hələ öz aktuallığını qoruyub saxlamaqdadır.

XVIII əsrdən başlayaraq isə dövlət, idarəçilik, hakimiyyət cəmiyyət digər problemləri tədqiq edən alimlər arasında vətəndaş cəmiyyəti anlayışına diqqət daha da artmağa başlayıb. Bu sahədə XVIII əsr fransız maarifçiləri kifayət qədər seçilir. Onlardan biri olan Monteskyö elmə vətəndaş cəmiyyəti haqqında yeni ideyalar gətirib.Onun fikrincə, vətəndaş cəmiyyəti tarixi inkişafın nəticəsi kimi qiymətləndirilir. Monteskyö vətəndaş dövlət qanunlarını bir-birindən fərqləndirir. Vətəndaş qanunları vətəndaş cəmiyyətinə xas münasibətləri - mülkiyyət, vətəndaşların könüllü təsisatları s.münasibətləri reqlametləşdirir. Dövlət qanunları isə başlıca olaraq siyasi hüquqları elə həmin vətəndaşların azadlıqlarını nizamlayır. Vətəndaş cəmiyyəti haqqında təsəvvürləri Kant daha da dərinləşdirib. Kanta görə vətəndaş cəmiyyəti aşağıdakı aprior prinsiplərə əsaslanır:1) cəmiyyət üzvünün bir insan kimi azadlığı; 2) bir təbəqə kimi onun digərləri ilə bərabərliyi; 3) cəmiyyət üzvünün bir vətəndaş kimi müstəqilliyi.

XVIII sərin sonu-XIX əsrin əvvəllərində alman filosofu Hegel vətəndaş cəmiyyəti anlayışını araşdırıb təhlil edərək onu yeni müddəalarla daha da zənginləşdirib. Hegel dünya tarixinin inkişafının fundamental prinsiplərini hazırlayıb. Bunlar tarixdə nəyin vacib qanunauyğun olduğunun məntiqliyi; dünya inkişafının son məqsədi kimi azadlıq haqqında; məqsəd vasitələrin qarşılıqlı əlaqəsi, iqtisadi siyasi inkişafın dəyişkənliyi s. haqqında görüşlərdir. "Mövcud olan hər şey - məntiqlidir" "Tarixin mənası azadlığın dərk edilməsinin tərəqqisindədir" kimi dərin mənalı fikirlərin müəllifi Hegeldir. Onun siyasi nəzəriyyəsində vacib yerlərdən biri "vətəndaş cəmiyyəti" "hüquqi dövlət" konsepsiyasına aiddir. Hegelin siyasi-hüquqi nəzəriyyəsi dövlətin tərifinə həsr olunub. Hegel dövləti cəmiyyətdən insandan üstün yerə qoyurdu. Hegelə görə, vətəndaş dövlət qarşısında borcunu yerinə yetirdikdən sonra azadlığı əldə edir. Dövlət isə görüşləri, ictimai düzəni pozan vətəndaşlardan özünü qorumalıdır. Hegelin vətəndaş cəmiyyəti haqqındakı görüşləri xüsusi maraq kəsb edir. Onun təliminə görə, vətəndaş cəmiyyəti dayanıqsız münaqişəlidir. Cəmiyyətin ziddiyyətli olması insanların mülkiyyətlərindəki fərqliliklə cəmiyyətdəki təbəqələşmə ilə əlaqədardır. Burada hər bir kəs şəxsi maraqlarına görə hərəkət edir. Dövlət, vətəndaş cəmiyyətini məhdudlaşdıraraq onun azadlığını təmin edə bilər. Hegel konsepsiyasına görə, cəmiyyət dövlət, düşüncə idrak olaraq əlaqələndirilir. Cəmiyyətin birliyinə müxtəlif maraqların uyğunlaşdırılması yolu ilə, yəni ali hakimiyyət qurumlarında qrupların təmsilçiliyinin nəticəsində nail olunar. Hegel konstitusiyalı monarxiyanı ideallaşdırırdı. O da vətəndaş cəmiyyətini tarixi inkişafın bir nəticəsi kimi qiymətləndirir belə bir nəticəyə gəlir ki, vətəndaş cəmiyyəti öz tələbatlarını əmək vasitəsilə başqalarının tələbatlarına uyğunlaşdıran individiumlar sistemi kimi çıxış edir. təndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqların birliyi vətəndaşların qanunla təsbit olunmuş formal ümumi bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir. Öz sələflərindən fərqli olaraq Hegel vətəndaş cəmiyyətini dövləti müstəqil institutlar kimi nəzərdən keçirir. Hegelə görə vətəndaş cəmiyyəti dövlətin daxilində deyil, onunla yanaşı mövcuddur.

Fransız mütəffəkkiri Benjamin Constant vətəndaş cəmiyyətinin mənasını izah edərkən vurğulayır ki, bu ideya yalnız müasir dünyada əhəmiyyət qazanıb. Qədim insanla müasir insanın azadlığı arasında Constant deyr: "Müasir dünyanın kəşfi insanların hakimiyyətdə iştirak etmək azadlığından deyil, insanların bir-biri ilə bir araya gəlmək azadlığından ibarətdir ki, bu da ən vacib azadlıqdır". Onun fikrincə, cəmiyyət azad olmasa, insanların əməkdaşlığı da mümkün deyil.

- Vətəndaş cəmiyyətinin əsas məqsədi nədir?

- Vətəndaş cəmiyyətinin əsas məqsədi, amalı dövlətinin cəmiyyətdəki hakimiyyətini, gücünü neytrallaşdıraraq tarazlığa nail olmaqdan ibarətdir. Fərdlər ayrılıqda qalanda, mütəşəkkil olmayanda, hansısa qruplarda birləşməyəndə yalnız hökumətin təsir dairəsində qalırlar. Vətəndaş cəmiyyəti insanların etimadını qazanmaqla hökumətin təsirini azaldır nəticədə hökumət insanlardan özünə qarşı loyallıq tələb edə bilmir. Vətəndaş cəmiyyətini təşkil edən QHT-lər, azad həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri digər könüllü təşkilatlar təsisatlar hökumətə imkan vermir ki, o insanların inandığı yeganə quruma çevrilsin. Siyasi hakimiyyətə bir sıra məhdudiyyətlər qoymaqla vətəndaş cəmiyyəti elə bir qarşılıqlı öhdəliklər şəbəkəsi yaratmalıdır ki, cəmiyyət özü-özünü idarə edə bilsin. Vətəndaş cəmiyyəti azad insanların spontan hərəkətlərinin nəticəsidir. O, tələb edir ki, hökumət insanların yolundan çəkilsin onlara istədikləri kimi birləşməyə imkan versin. Vətəndaş cəmiyyəti ilk növbədə müstəqil təşkilatlara aiddir ki, bir tərəfdən dövlət qurumları, digər tərəfdən insanların müxtəlif insanların fərdi həyatı arasında özünə yer tutur. O, könüllü birliklərin ictimai hərəkatların geniş spektrindən, yəni müxtəlif ictimai maraqlar fəaliyyət növünü təmsil edən çoxlu sayda qruplar təşkilatlardan ibarətdir. Vətəndaş cəmiyyəti demokratiyanın bərqərar olduğu ölkələrdə demokratikləşmə prosesinin ifadəsi, eyni zamanda mühüm aparıcı amil olaraq onun inkişafına müstəsna rol oynayır. Vətəndaş cəmiyyəti fəal surətdə siyasi liderlərə xatırladır ki, dövlətin ehtiyacları üçün olan xərclər dövlət siyasəti ilə bağlı olan qərarlar qəbul edilərkən müxtəlif mənafe maraqlar nəzərə alınmalıdır. Ona görə fəal vətəndaş cəmiyyəti demokratiyanın inkişafı üçün əsas şərtdir. Onun dövlət hakimiyyətinə müxalif mövqe tutmaq avtoritarizmə müqavimət göstərmək üçün potensialı, plüralistik təbiətə malik olduğundan müəyyən qrupların mənafeyinin dəstəklənməsində dövlətin bir alətinə çevrilməməsinə qarşı çıxmaq üçün hər cür imkanı vardır.

- Vətəndaş cəmiyyətinə yanaşma da müxtəlifdir. Bu müxtəliflik içərisində əsas məğzi necə anladardınız?

-Ümumiyyətlə, vətəndaş cəmiyyəti anlayışına zaman-zaman müxtəlif təriflər verilib. Cəmiyyətin, sosial-iqtisadi formasiyanın inkişafı ilə əlaqədar bu təriflərin mahiyyətində dəyişikliklər baş verib. Vətəndaş cəmiyyəti - azad insanların özlərinin, onların könüllü birliklərinin cəmiyyətlərinin dövlət hakimiyyətinin müdaxiləsi olmadan, uyğun qanunlar tərəfindən qorunan özünüifadə sahəsidir.

-Vətəndaş cəmiyyəti anlayışına siyasi nöqteyi-nəzərdən necə yanaşılır?

- Vətəndaş cəmiyyəti müasir politalogiyanın əsas anlayışlarından biri, eyni zamanda müasir tariximizin reallıqlarındandır. Vətəndaş cəmiyyəti ilk öncə əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən müəyyən inkişaf mərhələsində olan insan birliyinin formasıdır. Görkəmli alman filosofu Hegelin sözləri ilə desək, "Vətəndaş cəmiyyəti öz tələbatlarını əmək vasitəsilə başqalarının tələbatlarına uyğunlaşdıran individiumlar sistemi kimi çıxış edir". Vətəndaş cəmiyyətinin təməlini şəxsi mülkiyyət, maraqların birliyi vətəndaşların qanunla təsbit olunmuş formal ümumi bərabərliyi, insanın təsadüflərdən qorunması təşkil edir. Ümumilikdə, vətəndaş cəmiyyəti özündə müxtəlif sosial siyasi subyektlərin maraqlarını cəmləşdirir. Totalitar rejimlərdə vətəndaş cəmiyyəti mümkün deyil. Yalnız bazar münasibətləri məkanında hüquqi dövlətdə iqtisadi cəhətdən müstəqil insan kütləsinin mövcudluğunda vətəndaş təşəbbüsü özfəaliyyəti üçün imkan yaradır. Beləliklə, vətəndaş cəmiyyəti bir növ sosial məkandır, burada insanlar, dövlətin birbaşa müdaxiləsi olmadan, fərdlər olaraq, qarşılıqlı münasibətlər yaradır. Vətəndaş cəmiyyəti quruluşunun əsası öz xüsusi maraqlarını, digər fərdlərlə qarşılıqlı əlaqələrlə yanaşı, müstəqil şəkildə həyata keçirən aktiv şəxsiyyətdir.

-Elməddin müəllim, vətəndaş cəmiyyətinin əsas mövcudluğunu , yaxud nələr şərtləndirir?

- Vətəndaş cəmiyyətinin mövcudluğunun vacib forması, bu ya digər məqsədlərini həyata keçirmək üçün, könüllü əsasda insanları birləşdirən, qeyri-hökumət təşkilatlarının (QHT) sistemidir. Vətəndaş cəmiyyəti kifayət qədər mürəkkəb daxili struktura malikdir. Bu strukturda qeyri-hökumət təşkilatları mühüm yer tutur onun vətəndaş cəmiyyətinin yaranmasında, formalaşmasında inkişafında rolu danılmazdır. Əslində, vətəndaş cəmiyyətini qeyri-hökumət təşkilatları olmadan təsəvvür etmək mümkün deyil. QHT şəbəkəsi daha çox inkişaf etmiş ölkələrdə vətəndaş cəmiyyəti daha güclüdür. Onu qeyd etmək lazımdır ki, bu təşkilatlar bütün ölkəni, ya regionu əhatə edir ya lokal xarakter daşıya bilər; rəsmi ya qeyri-formal ola bilər, uzunmüddətli ya yaranmış yerli problemin həllinə yönəlmiş konkret hadisə üçün qurular.

Vətəndaşların əsas tələbatları istəkləri əvvəlcə məhz QHT-lər vasitəsi ilə formalaşmış görkəm alır. QHT-lər vətəndaş cəmiyyəti fəlsəfəsinin,onun ideyalarının həyata keçirilməsində,reallaşmasında mühüm rol oynayır. Fikrimizcə, QHT-lərsiz bu fəaliyyəti həyata keçirmək çətin məsələ olardı. Vətəndaş cəmiyyəti özü təşkil olunan özü-özünə inkişaf edən sistemdir. Vətəndaş cəmiyyətinin əsas atributlarından olan QHT-lərin onun formalaşmasında inkişafında rolu yuxarıda qeyd olunduğu kimi böyükdür. QHT-lər vətəndaş cəmiyyətinin üst təbəqəsini təşkil edən əsas amillərdən biridir. Vətəndaş cəmiyyətinin bir tərkib hissəsi olaraq QHT-lərin cəmiyyətdə əsas rolu vətəndaşların tələbatının ödənilməsi istiqamətində onların öz potensial qüvvələrinin səfərbər edilməsindən, bu yöndə vətəndaş şüurunun artırılması işlək mexanizmlərin formalaşdırmasından ibarətdir.

-Azərbaycanda QHT-lərin fəaliyyətini necə qiymətləndirərdiniz?

-Azərbaycanda fəaliyyət göstərən QHT-lərin ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasında rolu müstəsnadır. QHT-lərin mənası, funksiyaları, əhəmiyyəti fəaliyyətləri barədə əhali geniş məlumatlı olmasa da, intellektual insanlar cəmiyyətin ictimai fəalları arasında bu barədə informasiya kifayət qədərdir. Respublikamızda fəaliyyət göstərən QHT-lər əsas etibarilə insan hüquqları demokratiya, ailə, qadın uşaq məsələləri, iqtisadi sosial məsələlər, elm, təhsil, mədəniyyət, ekologiya, gənclər digər sahələrdə fəaliyyət göstərir, oz istiqamətlərinə uyğun müxtəlif layihələr həyata keçirirlər. Onlar insan hüquqlarının təbliğində, əhalinin müxtəlif sahələrdə maariflənməsində, vətəndaşların sosial problemlərinin həllində layihələr həyata keçirirlər.

Təəssüflə demək lazımdır ki, hələ cəmiyyətimizdə QHT fəlsəfəsini, anlayışını, fəaliyyətini bilməyən, anlamayan insanlar mövcuddur. Bəziləri hətta QHT-ləri antidövlət, antihökumət xarakterli bir qurum kimi qəbul edirlər.

Bunların qarşısını almaq üçün QHT-lər cəmiyyətlə, insanlarla daha yaxından işləməli, öz fəaliyyətlərinin daha çox işıqlandırmalıdırlar. Lakin buna baxmayaraq qeyd etmək istərdim ki, ölkəmizdə mövcud olan QHT-lər insanlar arasında vətəndaş cəmiyyəti quruculuğuna maraq son illərdə daha da güclənib. Buna səbəb QHT-lərin uğurlu fəaliyyəti dövlətin vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi dəstək, bu sahədə qəbul etdiyi qanunlar, qərarlar səbəb olub. Bu qanunların qəbulundan istifadə edən QHT-lər öz fəaliyyətini daha da genişləndirib. Həmçinin Azərbaycanın Avropaya inteqrasiya olunmasında QHT-lərin rolunu xüsusi qeyd etmək lazımdır. Vətəndaş cəmiyyətinin əsasını təşkil edən QHT-lər onun fəlsəfəsinin, ideyalarının reallaşması istiqamətində fəaliyyət göstərməlidirlər. Bu istiqamət vətəndaşların sosial, intellektual psixoloji inkişafının, daxili azadlığının bu ya digər vətəndaş cəmiyyəti institutuna qoşularkən tam özfəaliyyət qabiliyyətinin yüksək səviyyədə olmasıdır. QHT-lər öz növbəsində dövlətin müxtəlif sahələrdəki fəaliyyətinə mək etməli, ona tərəfdaş olmalıdır.

Müasir dövrümüzdə QHT sektorundakı mövcud vəziyyəti ümumiyyətlə, qənaətbəxş hesab etmək olar. Çünki bu sektorun fəaliyyət göstərməsi üçün əlverişli şərait imkanlar dövlət tərəfindən yaradılmışdır. QHT-lərlə bağlı qanunvericilik bazası dövrün tələblərinə uyğun təkmilləşdirilmişdir. QHT-lərin qeydiyyatı prosesi sadələşdirilib. Azərbaycanda fəaliyyət göstərən QHT-lərin əksəriyyəti xarici donorlardan aldığı qrant əsasında fəaliyyət göstərir. Lakin dövlətin son zamanlarda vətəndaş cəmiyyətinin inkişafı sahəsində atdığı bir sıra uğurlu addımlar xarici donorlardan bu asılılığın azalmasına səbəb olacaq.

Sevinc MÜRVƏTQIZI

 





23.01.2014    çap et  çap et