525.Az

Azərbaycan filmi beynəlxalq mükafata layiq görülüb


 

Azərbaycan filmi beynəlxalq mükafata layiq görülüb<b style="color:red"></b>

Türkiyənin tarixi Kapadokya bölgəsində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında Bakı Media Mərkəzinin istehsalı olan film ölkə nominasiyası üzrə "Gold Award" - "Qızıl Mükafat"a layiq görülüb.
 
"My Country-Azerbaijan" - "Mənim Ölkəm- Azərbaycan" adlı tanıtım filminin rejissoru Fuad Quliyevdir.

Filmdə Azərbaycanın tarixi, təbiəti, turizm imkanları, mədəniyyəti, və  mətbəxi tərənnüm olunur. Hər bir turist bu filmdə özü üçün doğma çalarlar da tapa bilər. Mərkəzdən bildirilib ki, filmdə məqsəd hər kəsə onun üçün vətən deyə biləcəyi ölkənin əsas cizgilərini göstərməkdir.

Beynəlxalq Turizim Filmləri Festivalında qalib gələn "My Country-Azerbaijan"- "Mənim Ölkəm- Azərbaycan" tanıtım filmini Bakı Media Mərkəzinin rəsmi “Youtube” səhifəsində izləmək mümkündür.

ŞAHANƏ

 





22.09.2020    çap et  çap et