525.Az

Abşeron təbiətinə aid yeni nəşr


 

Abşeron təbiətinə aid yeni nəşr<b style="color:red"></b>

AMEA Mərkəzi Nəbatat Bağının Çiçəkçilik laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Ofeliya Qafarovanın  müəllifi olduğu "Abşeronda floribunda qrupu qızılgüllərin introduksiyası, seleksiyası və onların bioloji xüsusiyyətləri " adlı kitabı nəşr olunub.

Kitabda Rosa L. cinsinin floribunda bağ qrupu qızılgüllərinin Abşeron şəraitində introduksiyası, seleksiyası və onların biomorfoloji xüsusiyyətlərinin öyrənilməsinə dair çoxillik tədqiqat işlərinin nəticələri təqdim olunur.

Mərkəzi Nəbatat Bağında floribunda qızılgüllərinə aid 131 sortun kolleksiya genofondu yaradılıb, introduksiya zamanı onların adaptasiya potensialı qiymətləndirilib.

Rus dilində tərtib olunmuş kitab botaniklər, elmi işçilər, doktorantlar, tələbələr, məktəblilər və ümumilikdə təbiəti sevən hər kəs üçün nəzərdə tutulub.

 





23.09.2020    çap et  çap et