525.Az

"Azərbaycanın Gürcüstanı dəstəkləməsini yüksək qiymətləndiririk"


 

"Azərbaycanın Gürcüstanı dəstəkləməsini yüksək qiymətləndiririk"<b style="color:red"></b>

“Gürcüstan və Azərbaycan arasındakı tərəfdaşlıq əlaqələri unikal xarakter daşıyır və əminəm ki, bu əlaqələr daha yüksək səviyyəyə qalxacaq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib.

“Ölkələr arasında tərəfdaşlıq əlaqələri ildən ilə genişlənir. Biz bir-birimizin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Bu, beynəlxalq formatda da dəstəklənilir. Həmçinin son BMT Baş Assambleyasının (BA) iclasında Azərbaycanın Gürcüstanı dəstəkləməsi bizim üçün çox mühümdür və bunu yüksək qiymətləndiririk”, - deyə Gürcüstan XİN başçısı vurğulayıb.

 





24.09.2020    çap et  çap et