525.Az

Bir gündə 19 şagird koronavirusa yoluxdu


 

Bir gündə 19 şagird koronavirusa yoluxdu<b style="color:red"></b>

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 94, işçi heyətinin sayı 2 olub.

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 19, işçi heyətinin sayı 3 nəfər təşkil edib.

Distant təhsilə keçirilmiş siniflərin sayı 3 olub.

Bu günə  qədər distant təhsilə keçən siniflərin sayı 9, məktəb sayı isə 1-dir.

 





24.09.2020    çap et  çap et