525.Az

Gülər Əhmədovanın köməkçisi ölkədən getdi


 

Gülər Əhmədovanın köməkçisi ölkədən getdi<b style="color:red"></b> Sabiq deputat Gülər Əhmədovanın köməkçisi Əhməd Şahidov ölkəni tərk edib.

Dünən axşam saatlarında onu Binə aeroportunun ərazisində “Yeni Müsavat”ın əməkdaşı da görüb və o, jurnalistə xaricə getdiyini bildirib. Ə.Şahidov “Facebook” proflində bunu təsdiq edən status yazıb:

“Həyəcanlı və duyğusal anlar... Bir az nigaranam bir-iki nəfər barədə. Gedirəm, dostlar, aeroportdayam...”.

O, konkret hansı ölkəyə getməsi barədə heç bir şey yazmayıb. Məlumat üçün bildirək ki, “Yeni Müsavat” qəzetinin bugünkü sayında Gülər Əhmədovanın əlində olan kompromatları xaricə çıxara bilməsi barədə yazı yer alıb. Artıq sosial şəbəkələrdə həmin gizli sənədlərin köməkçisi tərəfindən xaricə çıxarılması barədə fikirlər yer almaqdadır.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Baş Prokurorluq tərəfindən haqqında cinayət işi açılan və parlamentdə təmsil etdiyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən tərk edilən deputat Gülər Əhmədovanın ölkədən qaçması haqda müxtəlif məlumatlar yayılmışdı.
 





16.10.2012    çap et  çap et