525.Az

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb


 

Gənc Tamaşaçılar Teatrı yeni mövsümü açıb<b style="color:red"></b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü virtual olaraq açıq elan edib.
 
Sentyabrın 26 və 27-si Teatr özünün "Facebook" səhifəsində 93-cü mövsümə başlayacaq.

Belə ki A. Şaiqin “Tıq-tıq xanım”, H.Cavidin “Şeyx Sənan”, Azərbaycan xalq nağılı  “Göyçək Fatma” və  L.Nurenin “Mən gəldim qızlar…(Müharibə)” əsərləri əsasında quruluş verilmiş eyniadlı tamaşalar teatrsevərlərə təqdim olunacaq.

 Mətbuat xidmətindən verilən məlumata görə Operativ qərargahın teatrlar haqqında qərarına qədər tamaşalar onlayn şəkildə təqdim olunacaq. Daha sonra teatrlarla bağlı qoyulacaq qaydalar çərçivəsində səhnə əsərləri ənənəvi qaydada tamaşaçılar üçün nümayiş etdiriləcək. 

 Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrında İsmayıl İmanın «Balaca yaramaz məxluq» və R.Kiplinqin «Mauqli» əsərləri əsasında tamaşaların onlayn məşqi keçirilir.
 
Teatrların iş rejiminin bərpasından sonra bu yeni tamaşaların premyerası nəzərdə tutulur.   






 

 

 

 

 

 

 

 

 

 





25.09.2020    çap et  çap et