525.Az

Daha 101 nəfərdə koronavirus aşkarlandı: 137 sağalan, 2 ölən var


 

Daha 101 nəfərdə koronavirus aşkarlandı: <b style="color:red">137 sağalan, 2 ölən var</b>

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39.787 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37.392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1812 nəfərdir.

Ölkədə son sutka ərzində 1.087.578, hazırkı dövrədək isə 6705 test aparılıb.

 





25.09.2020    çap et  çap et