525.Az

Milli fəlsəfi fikir tariximizin fədakar tədqiqatçısı


 

Milli fəlsəfi fikir tariximizin fədakar tədqiqatçısı<b style="color:red"></b>

Qədim erkən orta əsrlərdə Azərbaycan fəlsəfi fikir tarixinin araşdırılıb üzə çıxarılmasında nəşr olunub elmi ictimaiyyətə çatdırılmasında AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Zakir Cabbar bəy oğlu Məmmədovun xidmətləri əvəzsizdir.

Zakir Məmmədovun fəlsəfə sahəsinə gəlişinə qədər bu dövrə aid fəlsəfi fikir tariximizin səhifələrində bir boşluq mövcud idi, açıq-aşkar çatışmazlıq hiss olunurdu. Qədim erkən orta əsrlərdə Azərbaycanın fəlsəfi fikir tarixi haqqında deyilənlər çox vaxt səthi xarakter daşımış ya konkret faktlara əsaslanmamışdır. Bu dövrə aid müəyyən fikir mülahizələr irəli sürən filosoflar tədqiqatçılardan çoxu ya ərəb dili üzrə yaxşı mütəxəssis olmamış, ya bu haqda fikir söyləmiş başqalarının yazdıqlarına əsaslanmış, ya da tədqiqatın çətinliyini dərk edərək, dərinliyə getməmiş, yaxud gedə bilməmiş, nəticədə elmi dəyəri etibarilə çox da qiymətli olmayan məlumatlarla kifayətlənmişlər.

İşin çətinliyi onda idi ki, bu dövrdə mövcud olmuş Azərbaycan filosoflarının fəlsəfi fikrini araşdırıb üzə çıxarmaq üçün dünyanın bir sıra ölkələrinə getmək, kitabxanalarda işləmək, material toplamaq lazım idi. Bu isə həm maddi, həm fiziki cəhətdən çətin ağır bir idi.

Bu cür ağır, çətin məsuliyyətli, lakin şərəfli bir vəzifəni icra etmək böyük fədakarlıq tələb edirdi. Bu fədakarlıq, vətənpərvərlik, xalqına bağlılıq yalnız Zakir Məmmədovda özünü göstərdi. Bunu da qeyd etmək lazımdır ki, Zakir Məmmədov heç maddi cəhətdən tam təmin olunmuş alim deyildi. Lakin onda xalqının tərəqqisi, yüksəlişi, hər bir sahədə uğurlar qazanması yolunda daim yanan, şölələnən bir ürək var idi. Ona qüvvət, cürət verən, çətinliklər qarşısında ruhdan düşməyə qoymayan da həmin ürək idi.

Digər tərəfdən, bir sıra burjua alimləri fəlsəfə tarixçiləri Şərq xalqlarının mədəni irsinə çox zaman mənfi münasibət bəsləyirdilər. Şərqdə peşəkar filosofların olmadığını iddia edir olanları da "Aristotelin şərhçiləri" adlandırırdılar. Məsələn, klassik alman filosofu Hegel "Fəlsəfə tarixinə dair mülahizələr" kitabında deyirdi ki, ərəbdilli filosofların fəlsəfəsi fəlsəfənin inkişafında özünəməxsus mərhələ təşkil etmir. Şərq fikrini fəlsəfə tarixindən çıxarmaq lazımdır.

Zakir Məmmədovu bu cür ağır bir yükün altına girməyə, qədim erkən orta əsrlərdə yaşamış Azərbaycan filosoflarını onların fikirlərini araşdırıb üzə çıxarmağa bununla da burjua müəlliflərinin yanıldıqlarını qərəzçi olduqlarını sübut etməyə vadar edən həmin elməzidd müddəalar oldu.

Professor Zakir Məmmədov ömrünün qırx ilini elmi yaradıcılığa, elmi fəaliyyətə həsr etmiş bu müddət ərzində Şərq fəlsəfəsi tarixi, xüsusilə Azərbaycan fəlsəfəsi tarixi məsələləri ilə ətraflı dərindən məşğul olmuş, bu sahəyə aid çox qiymətli əsərlər yazmışdır.

Zakir Məmmədov "Bəhmənyar istisna olmaqla, orta əsrlərdə Azərbaycanda peşəkar filosoflar yaşamamışlar" kimi yanlış bir müddəanı elmi araşdırmaları ilə təkzib etmiş, tarixin qaranlıqda qalan əl dəyməmiş səhifələrində zəngin milli fəlsəfi irsə malik olduğumuzu əks etdirən materialları üzə çıxartmışdır. Bu da onu milli fəlsəfi irsimizin əvəzolunmaz tədqiqatçısı kimi məşhurlaşdırmışdır.

Professor Zakir Məmmədov ərəb dilini mükəmməl bildiyi müəyyən təcrübəyə malik olduğu üçün milli fəlsəfi irsimizin təməl daşını qoyan filosofları, onların fəlsəfəsini (varlıq təlimi idrak nəzəriyyəsini), məntiqini, sosial-siyasi etik görüşlərini, əsərlərini, dünyanın müxtəlif kitabxanalarında əlyazması şəklində olan nüsxələrini dərindən araşdırıb üzə çıxarmağı elmi ictimaiyyətə çatdırmağı layiqincə bacarmışdır.

Adətən, orta əsrlər cəhalət nadanlıq dövrü kimi xarakterizə edilir göstərilir ki, bu dövrdə fəlsəfə "ilahiyyatın kənizini" çevrilmişdi., elmi fəlsəfə yox idi, yalnız zəif şəkildə sxolastika mistika yayılmışdı. Zakir Məmmədov öz tədqiqatları ilə sübut etmişdir ki, qədim erkən orta əsrlərdə Şərqdə, o cümlədən Azərbaycanda dini fəlsəfə ilə yanaşı , elmi fəlsəfə mövcud idi. O, müəyyən etmişdir ki, üç elmi-fəlsəfi təlimdən birini - Şərq peripatetizmini türk filosofu Əbunasir Farabi (873-950), digər ikisini - panteizmi işraqiliyi Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci (1099-1131) Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) yaratmışlar.

Zakir Məmmədovun tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki traktatı haqqında məlumat var idi. Araşdırmalar nəticəsində məlum oldu ki, Bəhmənyarın "Təhsil" adlı geniş həcmli əsəri vardır. Əlaqədar təşkilatlara çoxsaylı müraciət xahişlərdən sonra həmin əsər Azərbaycana gətirilmiş ilk dəfə olaraq professor Zakir Məmmədov onu tədqiqata cəlb etmişdır.

Bəhmənyarın hər üç əsərini ("Metafizikanın mövzusu", "Mövcudatın mərtəbələri" "Təhsil" əsərini Zakir Məmmədov tam şəkildə Azərbaycan dilinə tərcümə etmişdir. O, Şərq, xüsusən Azərbaycan filosoflarının əsərlərini, nadir əlyazmalarının mikrofilmlərini, çap nüsxələrini sifarişlə bəzi ərəb ölkələrində işləyən yoldaşları, daha çox isə öz şəxsi vəsaiti hesabına əldə edirdi.

Zakir Məmmədov dünya şöhrətli filosoflarımızın irsini araşdırmaqla bərabər, onların elmi ictimaiyyət tərəfindən tanınması uğrunda da çalışmışdır. Şihabəddin Yəhya Sührəvərdinin ilk tədqiqatçısı Zakir Məmmədov olmuşdur. O, filosofun bir çox traktatlarını Azərbaycan dilinə tərcümə etmişdi. Zakir Məmmədov bir çox dünya şöhrətli filosofların, mütəfəkkirlərin yubileylərinin keçirilməsinin təşəbbüsçüsü olmuşdur. Həmin yubileylərdə dolğun məzmunlu, geniş əhatəli məruzələrlə çıxış etmişdir.

Zakir Məmmədovun yaradıcılığında mühüm yer tutan əsərlərinin şahı olan "Azərbaycan fəlsəfəsi tarixi" kitabı onun otuz ildən bir az da çox müddətdə aşkar etdiyi Azərbaycan filosoflarının mütəfəkkirlərinin zəngin fəlsəfi irsinə dair tədqiqatlardan xülasədir. Kitabda qədim dövrdən X1X əsrin sonuna qədər Azərbaycan fəlsəfəsi tarixinin inkişaf yolu izlənilir, ideoloji cərəyanlar, təlimlər, onların azərbaycanlı nümayəndələrinin dünyagörüşü Şərq fəlsəfi fikir zəminində araşdırılır, feodalizm dövründə xristian aləmində yalnız dini fəlsəfə (sxolastika mistika)yayıldığı halda, müsəlman ölkələrində üstəlik Şərq peripatetizmi, habelə, Azərbaycan filosoflarının yaratdıqları panteizm işraqilik kimi qeyri-dini fəlsəfi təlimlərin mövcud olduğu, bəşər fəlsəfəsi tarixini zənginləşdirdiyi göstərilir.

Zakir Məmmədov bu cür ağır məsuliyyətli bir işə girişməyin səbəbini konkret dəlillər əsasında izah edərək yazır:" Şərqdə yaradılmış əzəmətli mədəni irsə mənfi münasibət bəsləyənlər, onun böyük əhəmiyyətini görmək istəməyənlər çoxdur. Avropasentrist burjua alimlərinin M.Petrov kimi sovet fəlsəfə tarixçilərinin Şərq fəlsəfəsinə qarşı qərəzli müddəalarını təkzib etmək üçün zəngin elmi-fəlsəfi materialları üzə çıxarıb, onlara əsaslanmaq, arxalanmaq lazımdır. Qədim dövrdə Azərbaycanda peşəkar filosofların yaşamaması haqqında olan yanlış fikirlər 1966- ildə rus dilində buraxılan "Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər" kitabında da bu yanlış müddəalar tez-tez təkrar olunur.

Peşəkar filosoflarımızı tanımamaq, onları danmaq tarixi həqiqəti təhrif etməkdən başqa, həm digər Şərq xalqları arasında xalqımızın mədəni irsini mənfi qiymətləndirən, həmin mənəvi sərvətin əhəmiyyətini heçə endirmək istəyən bir para alimlərin qeyri-elmi müddəalarına əyyən qədər haqq qazandırmaq deməkdir.

1989-cu ildə Moskvanın "Politizdat" nəşriyyatında buraxılmış "Fəlsəfəyə giriş" kitabında feodalizm dövrünə aid olan , digər xalqların kilsəyə tabe yoxsul dini-fəlsəfi fikrinə xeyli yer verildiyi halda, Azərbaycan xalqının müstəqil, zəngin elmi-fəlsəfi fikrinə tam laqeydlik göstərilmişdir". (Zakir Məmmədov."Azərbaycan fəlsəfəsi tarixi."səh.6).

Elə buna görə belə bir tədqiqat əsərinin yazılması olduqca vacib zəruri idi. Qərb rus fəlsəfə tarixçilərinin qısqanclığını yanıldıqlarını göstərmək üçün bu kitab ən yüksək dəyərə malikdir.

"Azərbaycan fəlsəfəsi tarixi" kitabının birinci fəsli "Qədim erkən orta əsrlərdə Azərbaycan fəlsəfi fikri" adlanır.Burada tarix kitablarından bizə məlum olan problemlər, məsələlər: ölkədə sosial-siyasi iqtisadi vəziyyət, mədəniyyət dünyagörüşü, atəşpərəstlik xristianlıqla bağlı fəlsəfi fikir geniş şəkildə araşdırılır şərh olunur. Bəşəriyyətin həyatında bu dinlərin tutduqları mövqelər , bir növ, müqayisə edilir.

İkinci fəsil " V11 - X əsrlərdə Azərbaycan fəlsəfəsi" adlanır. Bu fəsildə ölkənin sosial-siyasi iqtisadi vəziyyəti haqqında ətraflı məlumat verilir. Azərbaycanın ərəblər tərəfindən işğal edildikdən sonra ölkədə yaranmış dözülməz həyat şəraiti, xalqın başına gətirilən müsibətlər, İslam dininin yayılması buna etiraz edənlərin cəzalandırılması, başqa dinlərə əqidə bağlayanlara qarşı görülən ağlasığmaz amansız cəza tədbirləri, xilafətə qarşı narazılıq, xürrəmilik hərəkatı,Babəkin başçılığı ilə xilafətə qarşı çıxmış xalq hərəkatı, dil ədəbiyyat məsələləri, elm, şiəlik sufilik, qədərilik cəbərilik, mütəzililik əşərilik, Şərq peripatetizmi s. haqqında çox ətraflı məlumat verilir. Burada müəllifin əsl tədqiqatçılıq məharəti, hadisələrə soyuqqanlı yanaşma metodu özünü aydın göstərir.

Kitabın üçüncü fəsli "X1-X11 əsrlərdə Azərbaycan fəlsəfəsi" adlanır. Bu fəsildə əvvəlcə ölkədə sosial-siyasi iqtisadi vəziyyət haqqında açıqlama verilir. Məlumdur ki, zaman keçdikcə, dünyanın ayrı-ayrı bölgələrində , o cümlədən Azərbaycanda da sosial-siyasi iqtisadi vəziyyət dəyişir. İşğalçı ərəb xilafəti getdikcə genişlənən azadlıq hərəkatı nəticəsində yavaş-yavaş öz nüfuzunu itirməyə süqut etməyə başlayır. Xilafətdən asılı bölgələr , vilayətlərdə xilafətin zəifləməsi nəticəsində xırda dövlətlər yaranmağa başlayır. Azərbaycanda da kiçik feodal dövlətlər yaranır. Hakimiyyətlərini möhkəmlətmək daha geniş ərazilərə sahib olmaq üçün feodal dövlətlər arasında tez-tez müharibələr baş verir, nəticədə xalqın vəziyyəti hərtərəfli ağırlaşır, kəndlər, şəhərlər dağılır, təsərrüfata ağır zərbələr endirilir.

Zakir Məmmədov göstərir ki, Azərbaycan ərəb xilafətinin tərkibindən çıxdıqdan sonra onun sosial-siyasi, iqtisadi mədəni həyatında sbət dəyişikliklər baş verir. Məhsuldar qüvvələrin inkişafı üçün şərait yaranır. Mədəniyyət incəsənət sahəsində mühüm yeniliklər baş verir. X1-X11 əsrlərdə Azərbaycanın görkəmli şairləri Əbülhəsən Miyanəci, Ömər Gəncəvi, Qətran Təbrizi, Fələki Şirvani, Məhsəti Gəncəvi, Əfzələddin Xaqani Şirvani, Nizami Gəncəvi başqaları bu dövrdə yaşayıb-yaratmışlar.

Müəllif həmin dövrdə yaşayıb-yaratmış şəxsiyyətlərin yalnız adlarını bəzi məlum olan əsərləri sadalamır, məlum olmayan şəxsiyyətləri üzə çıxarmış, əsərlərini axtarıb tapmış, gecəsini gündüzünə calayaraq onların üzərində çalışmış, müqayisəli şəkildə təhlil etmiş, zaman, məkan mühiti, şəraiti nəzərə alaraq yekun nəticəyə gəlmişdir.

Oxucuların diqqətini özünə cəlb edən məqamlardan biri müəllifin Şərq peripatetikləri haqqında verdiyi məlumatdır. O göstərir ki, orta əsrlərdə Şərq peripatetizmi fəlsəfi fikrin əsasını təşkil edirdi. Fəlsəfə deyilərkən, ilk növbədə dünyəvi elmləri özündə toplayan, ehtiva edən bu təlim yada düşürdü. X1-X11 əsrlərdə müsəlman ölkələrində Əbu Reyhan Biruni (973-1048), İbn əl-Heysəm (965-1038), İbn Sina(980-1037), Bəhmənyar(993-1066), İbn Rüşd (1126-1198) elmi-fəlsəfi əsərləri ilə bəşər mədəniyyəti xəzinəsini zənginləşdirmişlər.

Professor Zakir Məmmədovun tədqiq etdiyi şəxsiyyətlərdən biri öz dövründə məşhur olmuş böyük mütəfəkkir - filosof Əbülhəsən Bəhmənyardır. Kitabda ən çox səhifə ona ayrılmışdır. Bu da onu göstərir ki, mütəfəkkir-filosofun istər həyatında, istərsə yaradıcılığında böyük problemlər olmuşdur. Problemli həyat yaşayan, müxtəlif xasiyyətli, müxtəlif əqidəli insanlarla üzləşən, haqsızlıq ədalətsizliyin hökm sürdüyü bir cəmiyyətdə , siyasi quruluşda yazıb-yaradan bir insan haqqında yazmaq, əlbəttə, tədqiqatçıdan hadisələri hərtərəfli obyektiv şəkildə göstərməyi tələb edir. Ona görə Zakir Məmmədovun Bəhmənyar kimi dahi bir filosofun həyat yaradıcılığının şərhinə geniş yer ayırması təbii idi.

Professor Zakir Məmmədov Bəhmənyarın bir neçə əsərinin adını çəkir: "Təhsil", "Məntiqə dair zinət", "Gözəllik", "Səadət", "Musiqi kitabı", "Metafizikanın mövzusu", "Mövcudatın mərtəbələri" s. Əbülhəsən Bəhmənyarın yaradıcılığı , xüsusən, "Təhsil" əsəri bütün Yaxın Orta Şərq ölkələri xalqlarının fəlsəfi fikrinin mühüm nailiyyətlərindən sayıla bilər.

Zakir Məmmədov Bəhmənyarın xüsusən Varlıq təlimi üzərində daha çox dayanır. "Təhsil" əsərində göstərilir ki, Varlığa məntiqi tərif vermək mümkün deyil. Belə ki, o, təsəvvürdə daha ilkindir. Bir sözlə, Varlığı tanıdacaq daha ümumi bir şey yoxdur.

Zakir müəllim göstərir ki, Bəhmənyarın "Təhsil" kitabında müxtəlif baxımdan nəzərdən keçirilən Varlıq vacib mümkün, səbəb nəticə, ilkin meydana çıxmış s. hissələrə bölünür. Zəruri, yaxud vacib Varlıq mövcudatın əsasını təşkil edir, ondan savayı mövcud olan hər şey mümkün varlıq sayılır. Bəhmənyar qeyd edir ki, vacib Varlıq (Allah) qeyri mövcudluğunun fərz edilməsi mümkün olmayan Varlıqdır. Mümkün varlıq isə varlığı, yoxluğu cəhətdən zəruridir. Müəllif açıqlamasına davam edərək yazır ki, Əbunasir Farabiyə görə, vacib Varlıq üçün heç bir mahiyyət yoxdur, mahiyyət ancaq mümkün varlıq üçündür.

Professor bir məsələni nəzərə çatdırır ki, X1-X11 əsrlərdə yaşamış Azərbaycan peripatetikləri maddi aləmin dərk edilməsi məsələsinə müsbət yanaşmışlar. Bu filosofların fikrincə, insan bütün bilikləri hissi məntiqi idrak yolu ilə yalnız xarici aləmin təsiri nəticəsində əldə edir, çünki xarici aləm idrakın yeganə mənbəyidir. Lakin bəziləri idrakda istər hissi, istərsə əqlin qüvvəsinə şübhə ilə yanaşırdılar.

Ümumiyyətlə, milli fəlsəfi irsimizin araşdırılmasında üzə çıxarılıb elmi ictimaiyyətə təqdim edilməsində professor Zakir Məmmədovun göstərdiyi əvəzsiz xidmətləri, qarşılaşdığı ədalətsizliyi, qısqanclığı, yersiz əsassız mübahisələri bir məqalədə əhatə etmək qeyri-mümkündür. Bu elm fədaisinin yaradıcılığını geniş oxucu kütləsinə, elmə alimə yüksək qiymət verməyi bacaran insanlara çatdırmaq üçün silsilə yazılar lazımdır.

Müstəqil AĞAYEV,

fəlsəfə üzrə fəlsəfə doktoru

 





23.01.2014    çap et  çap et