525.Az

Korrupsiya faktına görə hakimə töhmət verildi


 

HAKİMLƏR BARƏDƏ İNTİZAM İCRAATLARINA BAXILIB

Korrupsiya faktına görə hakimə töhmət verildi<b style="color:red"></b>

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar gözlənilməklə keçirilən iclasda hakimlər barədə intizam icraatlarına da baxılıb.

Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib.
 
Eyni zamanda, icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.

 





25.09.2020    çap et  çap et