525.Az

İran Azərbaycan Prezidentinin BMT-dəki çıxışından yazıb


 

İran Azərbaycan Prezidentinin BMT-dəki çıxışından yazıb<b style="color:red"></b>

İranın rəsmi xəbər agentliyi olan İRNA-nın saytında Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı barədə informasiya dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqe nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün heç vaxt danışıqlar mövzusu olmadığını və bundan sonra da olmayacağını qeyd edib, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, törətdiyi son təxribatlar və beynəlxalq hüquq normalarını kobud şəkildə pozması barədə sessiya iştirakçılarına məlumat verib.

Ermənistanın törətdiyi cinayətlərdən danışan Azərbaycan Prezidenti beynəlxalq ictimaiyyəti rəsmi Yerevana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

 





26.09.2020    çap et  çap et