525.Az

Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb - Yenilənib


 

Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatıb -<b style="color:red"> Yenilənib</b>

Rezidenturaya qəbul olmaq üçün müsabiqə nəticələrinin tarixi açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, müsabiqənin nəticələri sentyabrın 28-də elan olunacaq.

***

2020-2021-ci tədris ilində rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi başa çatıb.

APA-nın Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbərinə görə, ümumi ixtisas seçimi etmiş namizədlərin sayı 456 olub. Onlardan 424-ü Azərbaycan, 32-si rus bölməsindən olan namizədlərdir.

Qeyd edək ki, müsabiqəyə yalnız “Namizədin electron ərizəsi”ndə ixtisasları seçmiş və təsdiq etmiş namizədlər buraxılacaq.

 





26.09.2020    çap et  çap et