525.Az

"Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır"


 

"Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır"<b style="color:red"></b>

Gülzar İbrahimova: "Qanunun aliliyini tanıyan hüquqi dövlət qurulmuş bir ölkə vətəndaş cəmiyyəti üçün münbit zəmindir"

Müsahibimiz AMEA İnsan Hüquqları İnstitutu, Din İctimai Təhlükəsizlik şöbəsinin müdiri, siyasi elmlər doktoru

Gülzar İbrahimovadır. Söhbətimizin məğzini vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğu mövzusu təşkil edir.

- Gülzar xanım, vətəndaş cəmiyyəti dedikdə başa düşülür?

-Vətəndaş cəmiyyəti haqqında zaman-zaman müxtəlif fikirlər söylənib. Teylora görə: "Vətəndaş cəmiyyəti ideyası müasir dünyada aparılan mübarizənin tərkib hissəsidir". Valtserin fikrincə isə: "O dövlət məfhumundan, istənilən təzyiq təsirdən azad həyat uğrundakı axtarışların nəticəsi olaraq müxtəlif dəyərlərin cəmidir". Vətəndaş cəmiyyəti hüquqi baxımdan birbaşa dövlət müdaxiləsi olmayan, lakin vətəndaşların hüquqlarını müdafiə edən liberal qanunlar vasitəsilə tənzimlənən azad fərdlər birliyinə əsaslanır. Kantın da dediyi kimi: "Vətəndaş cəmiyyətindəki insanlar dövlətdən asılı deyil tam sərbəstdirlər".

Vətəndaş cəmiyyətinin inkişafı üç mərhələdən keçib. Üçüncü mərhələ indi yaşadığımız müasir dövrü əhatə edir məhz bu mərhələdə vətəndaş cəmiyyəti hüquqi vlət bazar iqtisadiyyatı, demokratiya, millət ideyası, milli dövlət anlayışı ümumbəşəri dəyərə çevrildi. Siyasi plüralizm, söz, fikir, mətbuat azadlığı, çoxpartiyalı sistem həyata keçirildi.

Demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda demokratiya, vətəndaş cəmiyyətindən danışmağa dəyər.

Vətəndaş cəmiyyəti sosial, sosiomədəni mənəvi sahələrin dövri fəaliyyətini, təkrar istehsalını, varisliyini təmin edir. Burada xüsusi maraqların reallaşması müdafiəsi üçün şərait yaradan dövlətdən ayrı müstəqil ictimai təsisatlar münasibətlər mövcuddur. Vətəndaş cəmiyyətində ay-ayrı sosial siyasi qüvvələr, dövlət xüsusi maraqlar arasında ziddiyyətlər münaqişələr baş verdikdə onlar aradan qaldırılır, həll edilir konsensus, kompromis yaranır.

Mürəkkəb daxili struktura malik olan vətəndaş cəmiyyətində dövlətə xas olan şaquli iyerarxik əlaqələrin əvəzində üfüqi əlaqələr mütləq çoxluq təşkil edir. Üfüqi əlaqələr öz növbəsində cəmiyyətin mövcudluğunun təmininə xidmət edən münasibətlərə əsaslanır.

-Vətəndaş cəmiyyətinin struktur elementləri hansılardır?

-Vətəndaş cəmiyyətinin struktur elementləri sahələrə görə aşağıdakı kimi təsnif edilir: İqtisadi (qeyri-dövlət müəssisələri, birliklər, aksioner təşkilatları, korporasiyalar, sahibkarlıq, təşəbbüskarlıq digər könüllü birliklər qeyri-dövlət sosial-iqtisadi əlaqələr sair ); sosial-siyasi (ailə, şəxsiyyət, ictimai-siyasi təşkilatlar hərəkatlar, siyasi partiyalar, məktəblər, məscidlər (kilsə, sinaqoq sair), sosial qruplar, siniflər, müstəqil məhkəmələr, təhlil sistemi, müstəqil kütləvi informasiya vasitələri, ictimai özünüidarə orqanları s.); mənəvi ( söz, fikir azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, məlumat azadlığı, yaradıcılıq azadlığı, öz mövqeyini açıq ifadə etmək azadlığı, yaradıcı, elmi birliklərin müstəqilliyi dövlətdən asılı olmaması).

Beləliklə, vətəndaş cəmiyyəti vətəndaşın suverenliyinə, hüquqi, demokratik dövlət quruluşuna, azad sahibkarlığa, yerli özünüidarəçiliyə, parlamentarizmə, insanların könüllü birləşməsi birliklərinə, qeyri-dövlət, qeyri-siyasi münasibətlərə, azad rəqabətə, əməkdaşlığa, müxtəlif mülkiyyət formalarına, konsensus kompromisə, özünütəşkilə sinergetik başlanğıclara, tolerantlığa, humanizmə, fərdlərin uyğunlaşdırılmış fəaliyyətinə, qarşılıqlı yardıma, azadlığa, demokratiyaya əsaslanan, yüksək inkişaf etm, xüsusi tipli açıq cəmiyyətdir. Bu cəmiyyəti qurmaq bütün bəşəriyyətin əzəli, əbədi, müqəddəs məqsədidir.

- Vətəndaş cəmiyyətinin uğurlu fəaliyyətini nələr şərtləndirir?

- Vətəndaş cəmiyyətinin uğurla fəaliyyət göstərməsi üçün zəruri olan bir neçə şərt var: Birinci şərt mülkiyyətdir. O, vətəndaş cəmiyyətinin hər bir üzvünün onu azad insan edən mülkiyyətə malik olmasını nəzərdə tutur.

İkinci şərt- cəmiyyətin maraqlarını əks etdirən müxtəlif sosial-iqtisadi, ictimai strukturların kifayət qədər inkişaf etməsini nəzərdə tutur. Burada ilk növbədə siyasi qrupların, ittifaqların, partiyaların, təşkilatların, təzyiq qruplarının müxtəlifliyindən söhbət gedir. Bu struktur (şəxsiyyətin dövlətin qarşılıqlı münasibətlərində öz ifadəsini tapan mövcud (şaquli əlaqələrlə yanaşı) cəmiyyətdə üfüqi əlaqələr yaradır, onu daha mütəşəkkil, möhkəm sabit edir. Sonuncular olmadıqda vətəndaş dövlətlə birbaşa bağlı olur belə halda şəxsiyyətlə dövlət arasında kəskin ziddiyyət yaranır.

Üçüncü şərt -şəxsiyyətin inkişafı (vətəndaş cəmiyyətinin bu ya digər təsisatına daxil olunma zamanı tam müstəqil fəaliyyəti nəzərdə tutulan), ictimai idarəetmədə onun fəal, şüurlu iştirakıdır. Vətəndaş cəmiyyəti fərdin inkişafının yalnız elə bir səviyyəsində mümkündür ki, o, həm sosial, həm psixoloji mənalarda şəxsiyyət adlandırıla bilsin.

- Vətəndaş cəmiyyətinin əsas prinsipləri hansılardır?

- Vətəndaş cəmiyyətinin aşağıdakı əsas prinsiplərini göstərmək olar: 1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri. 2. İnsan vətəndaşların təbii hüquqlarının qeyd-şərtsiz tanınması qorunması. 3. Qanun qarşısında hamının bərabərliyi. 4. Demokratik legitim hakimiyyətin mövcudluğu. 5. Hüquqi, demokratik, sosial, sivil dövlətin formalaşması. 6. Siyasi, ideoloji plüralizm, leqal müxalifətin mövcudluğu. 7. Müstəqil kütləvi informasiya vasitələri, azad mətbuat, söz, fikir azadlığı. 8. Dövlətin şəxsi ictimai həyata müdaxilə etməməsi, vətəndaş dövlətin qarşılıqlı vəzifələri, məsuliyyət öhdəlikləri. 9. Milli barışıq, sinfi konsensus, kompromis, qarşılıqlı əməkdaşlıq. 10. Şəxsiyyətin ləyaqətli həyatını təmin edən səmərəli sosial siyasət.

- Vətəndaş cəmiyyətinin mövcudluğunu təmin edən, ona real imkan yaradan "hüquqi dövlət" onun "dövlət sistemi"ndə yeri nədən ibarətdir?

- Dövlət anlayışını lakonik şəkildə bu cür səciyyələndirmək mümkündür: dövlət ortaq həyat mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlayan, cəmiyyətdə təhlükəsizlik, rifah əmin-amanlıq təmin etmə məqsədi daşıyan bu məqsədə yönələn qanunvericilik, qəbul edilmiş qanunları tətbiq etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur. Siyasi leksikonda "hüquqi dövlət" termininə tez-tez təsadüf edilir. Məlumdur ki, bir siyasi hadisə olaraq "dövlət" çoxformalıdır. Hazırda dövlətin idarəçilik (respublika monarxiya), quruluş (unitar, federasiya, konfederasiya) rejim (demokratik anti-demokratik) formaları mövcuddür. Hüquqi dövlətdə qeyd edilən strukturun normalara müvafiq olması mütləqdir. Belə dövlət liberal qanunvericiliyə, demokratik icraedici konstitusion hakimiyyətə, insanların bütün təbii vətəndaş hüquqlarını təmin edən eyni zamanda onlara hörmət edən hüquqi normalara insanlararası azad münasibətlərin yer aldığı vətəndaş cəmiyyətinə malik olmalıdır. Bu formaların hər birinin hüquqla əlaqəsi vardır. "Hüquqi dövlət" deyilən üçüncü forma ilə - dövlət rejimilə bağlıdır. Hüquqi dövlət isə demokratik dövlətin ayrılmaz əlaməti hesab edilir. Anti-demokratik dövlətlərin "hüquqi dövlət" olmasından söhbət gedə bilməz, çinki bu fenomenin orada mövcudlugu istisnadır. Demokratiya bir dövlət formasıdır onun zəruri əlamətlərdən biri "hüquqi dövlətdir". "Hüquqi dövlət" əlamətilə yanaşı bu sıraya həm : 1) azad həqiqi seçkilər vasitəsilə seçilən xalq nümayəndəliliyi; 2) dövlət idarəçiliyi üstündə nəzarət mexanizminə malik olan parlamentar (xalq nümayəndəliyi) sistem; 3) hakimiyyətə münasibətdə hər bir fərdə muxtarlıq təminatı verən bir sıra fundamental hüquqlara malik olma daxildir. Bu xüsusiyyətlər birlikdə müasir demokratik dövlət formasının məzmununu təşkil edir onların hər biri digərlərini həlledici hesab edir. Lakin belə bir daxili struktur heç bütün dövlətlər üçün məqbul sayıla bilməz. Məsələn, Yaxın Şərq ölkələrinin çoxunda qanuni tənzimləmələrin dinamik, mobil artımına uyğun mühafizə mexanizmi müşayiət etmir, qanunun aliliyi pozulur, bununla da hüquqi nihilizm güclənir. Bu ölkələrdə qarşıdurmaların möhkəmləndirilməsinin sosial gərginliyin səbəblərindən biri, rəhbərlikdəki keyfiyyətin, icra intizamının, qanunların digər normativ hüquqi aktların səmərəsiz şəkildə idarə edilməsidir. Yaxın gələcəkdə ölkələrin sabit inkişafı bu kimi əhəmiyyətli məsələlərin həllinə bağlıdır.

- Hüquqi dövlətin formalaşmasında vətəndaş cəmiyyətinin rolu nədən ibarətdir?

- Hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır. Kanta görə, hüquqi dövlətdə qanunlar xalqın iradəsi ilə qəbul olunur. Onun fikrincə, hüquqi dövlətin fəaliyyətinin əsas prinsipi azadlığın hüquqi təminatçısı olmaqdan ibarətdir. Hüquqi dövlət konsepsiyası insanın azadlığının təzahür sferasını müəyyənləşdirməyə yönəlib. Dövlətin vətəndaşın azadlığına müdaxiləsi qeyri-məqsədəuyğun qanunazidd kimi tanınır. Hüquqi dövlətin yaradılmasının formalaşdırılması insan hüquq azadlıqlarının maksimal minatı, dövlətin vətəndaş qarşısında vətəndaşın dövlət qarşısında məsuliyyəti, qanunun nüfuzunun yüksəldilməsi hüquq-mühafizə orqanlarının effektiv işi ilə əlaqələndirilir.

- Hüquqi dövlətin mövcudluğu üçün hansı şərtlər zəruridir?

- "Hüquqi dövlət"in "dövlət sistemi"ndə yerinə müəyyən aydınlıq gətirdik. Hüquqi dövlətin mövcudluğu üçün aşağıdakı şərtlər zəruridir:

1) Hakimiyyətin fəaliyyəinin hüquq normaları ilə tənzimlənməsi. Burada söhbət bütün dövlət orqanlarından gedir. Məlumdur ki, müasir demokratik cəmiyyətlərdə hakimiyyət üç qoldan: qanunverici, icraedici, məhkəmə hakimiyyətindən ibarətdir. Hakimiyyətin hər üç qolunun fəaliyyəti hüquq normaları ilə tənzimlənməlidir. Bununla bağlı hüququn bütün sahələrində çoxlu sayda normalara rast gəlmək mümükündür. Bu o deməkdir ki, dövlət başçısından tutmuş ən kiçik məmura qədər, onların bütün fəaliyyəti hüquq çərçivəsində olmalı ondan kənara çıxmamalıdır.

2) Hakimiyyətdən müdafiə hüququ- fərdlərə aid olan hüquqdur. Hakimiyyət orqanı səlahiyyət həddini dıqda, hüquq normasının onun üçün cızdığı dairədən kənara çıxdıqda fərdin bundan qorunmaq - müdafiə olunmaq hüququ olmalıdır.

3) Qanunun aliliyi qanunçuluq. Bu əlamət bir tərəfdən Qanunun göstərişlərinin hüququn bütün subyektləri üçün eyni məna qüvvə kəsb etməsini, digər tərəfdən isə hüquqi aktların "nərdivan"ında aşağıda duran aktın yuxarıda durana uyğunluğunu ehtiva edir. Ən yuxarıda isə - birinci yerdə Qanun (Konstitusiya, referendum yolula qəbul edilən aktlar sair) durur ki, aşağıda duran aktda mövcud olan normanın ona mütləq uyğun olmasını, olmadıqda isə hüquqi qüvvə kəsb etməməsini şərtləndirir.

4) Hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğunluğu. Çox vaxt hakimiyyət orqanının çoxcəhətli fəaliyyətinin bütün istiqamətlərini zaman, təbii fəlakət, gözlənilməyən hadisə digər səbəblərdən vaxtında normativləşdirmə imkanı olmur. Amma onun fəaliyyəti zəruri qaçılmaz olur. Belə hallarda da hakimiyyətin fəaliyyəti hüququn ümumi prinsiplərindən kənara çıxa bilməz. Bu halda qəbul edilən qərarlar mütləq ədalətə söykənməli, cəmiyyətin fundamental maraq mənafelərinə cavab verməlidir. Bununla bağlı ədalətsiz qanun qanun deyil (lex iniusta non est lex) tezis-ideyasından çıxış edilir qərarın leqitimlik məsələsi əsas görürülür. Hüququn ümumi prinsiplərinə cavab verməyən norma leqitim hesab olunmur. Son dövrlərdə belə prinsiplər daha çox beynəlxalq hüquq normaları ilə müəyyən edilir. Məsələn, "İnsan hüquqlarının əsas azadlıqların müdafiəsi haqqında" Avropa konvensiyasının 6- maddəsinə görə, "hər kəs, onun mülki hüquq vəzifələri müəyyən edilərkən ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli açıq araşdırılması hüququna malikdir". Tək bu normanın özündə bir neçə prinsip (məhkəmələrin qanun əsasında yaradılması, müstəqil qərəzsiz olması, məhkəmə prosesinin ağlabatan müddətdə baş tutması, onun ədalətli açıq olması sair) ehtiva olunub.

5) Dövlət hakimiyyəti sisteminin hüquqi təşkili - Qanuni hakimiyyət özünün qərarlaşması möhkəmlənməsi üçün hüquq formasında ifadə olunur. Çünki güc öz-özlüyündə hakimiyyəti yarada bilməz. Dövlət hüquqla, hüquq normaları ilə bağlıdır o, elə bir qüvvədir ki, hüquqa xidmət göstərməlidir. Yəni, dövlət insan hüquqlarına zidd olan qanunlar yarada bilməz.

6) Vətəndaş cəmiyyətinin varlığı. Hegel ilk dəfə şəxsiyyət dövlət arasında həm şəxsiyyət, həm dövlət üçün əhəmiyyətli olan ictimai mühitin mövcud olduğunu göstərmişdir. Hegelə görə, əgər dövlət özüylə müxtəlif şəxslərin vəhdətini ehtiva edirsə, onda vətəndaş cəmiyyətində hər kəs özü üçün məqsəd, bütün qalanlar isə heç nədir. Başqaları mahiyyətdir, buna görə xüsusi məqsəd üçün vasitələrdir. Odur ki, başqaları ilə nisbətsiz fərd tam həcmində öz məqsədlərinə nail ola bilməz. Vətəndaş cəmiyyəti vətəndaşları birləşdirən ictimai şəbəkə olmaqla dövlət vasitəsilə deyil, vətəndaşların özü müəssisələr tərəfindən yaradılır, fəaliyyətdə olan qanunlar çərçivəsində dövlətə nasibətdə muxtar xarakter daşıyır. Vətəndaş cəmiyyəti sivilizasiyasının müasir səviyyəsində fərdlər, qruplar birliklər arasında dövlət vasitəsilə şərtlənməyən, özünəməxsus, inkişaf yetkinlik səviyyəsi olan iqtisadi, mədəni, hüquq siyasi münasibətlərdir.

Yekun olaraq deyə bilərik ki, "hüquqi dövlət" demokratiyanın, onun mahiyyətini ifadə edən, əsas əlaməti olub, özündə hakimiyyət orqanlarının hər bir fəaliyyətinin hüquq normalarıla tənzimlənməsini, hakimiyyətdən müdafiə hüququnu, Qanunun aliliyini qanunçuluğu, hakimiyyətin bütün hərəkətlərinin hüququn ümumi prinsiplərinə uyğun olmasını ehtiva edir. Əlbəttə "hüquqi dövlət" kateqoriyasıla bağlı məsələ bununla bitmir o, bir sıra digər geniş spekterli məsələlərlə (hüquq, dövlət, qanun, ədalət mühakiməsi, hüquq mədəniyyəti s.) əlaqədə öyrənilir tədqiq edilir.

- Hüquqi dövlət vətəndaş cəmiyyətinin birgə vəhdət təşkil etməsi dərəcədə doğrudur labüddür ?

- Hüquqi dövlətdə, bazar münasibətləri iqtisadi cəhətdən müstəqil insan kütləsi məkanında vətəndaş cəmiyyətinin olması mümkündür. Vətəndaş cəmiyyəti siyasi yox, sosial cəmiyyətdir orada siyasi elitanın "söz keçirməsi" cəmiyyətin liberallığına şübhə yaradır. Nəzərə alsaq ki, onun özəyi iqtisadi sərbəstlikdir sərbəstlik demokratiyanı yaradan şərtlərdən biridir demokratik şəraitdə hüquqi dövlət daha da inkişaf edir, onda prosesin bir-biri ilə labüd bağlılığı göz önündədir. Kantın da dediyi kimi: "Ümumdünyəvi vətəndaş cəmiyyətinin formalaşması demokratiyanın yaranması deməkdir". Hüquqi dövlət vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır, biri bərqərar olmadan o biri mümkün deyil. Fransız politoloqu Tokvill demokratiya şəraitində hüquqi dövlətin cəmiyyətdə oynadığı rolu təhlil edərək bildirir ki, demokratiya əmlakın mövcudluğunu, mülkiyyət anlayışını bütün adamlar üçün aydın etdiyi kimi, siyasi hüquqlar analyışını da hər bir vətəndaşın şüuruna çatdırır.

Düzdür, qeyri-demokratik şəraitdə cəmiyyət mövcuddur. Lakin bu cəmiyyət hakimiyyət strukturlarının nəzarəti altında olur onlara hesabat verir. Məsələn, avtoritar rejimdə əgər vətəndaş cəmiyyətini təşkil edən qurumlar dövlət tərəfindən təsdiq edilərək birbaşa onun nəzarəti altına alınırsa, demokratiya şəraitində cəmiyyət nəzarətdən azaddır əksinə, cəmiyyət yox, dövlət ona hesabat verir. Platon "Qanun" dialoqunda yazırdı ki, o yerdə ki, qanunun qüvvəsi yoxdur kiminsə hakimiyyəti altındadır, orada dövlətin məhvi labüddür. Qanunun aliliyini, primatlığını tanıyan hüquqi dövlət qurulmuş ölkə vətəndaş cəmiyyəti üçün münbit zəmindir. Yəni, vətəndaş cəmiyyəti yüksək inkişaf etmiş hüquqi dövlət çərçivəsində fəaliyyət göstərə bilər. Belə dövlət vətəndaş cəmiyyətinə "qanunun qadağan etmədiyi hər işi görməyə" imkan verir, ona şərait yaradır, hüquqlarını müdafiə edir. Vətəndaş cəmiyyəti isə öz növbəsində ölkə qanunlarına riayət edir. Göründüyü kimi, bu göstəricilər arasında hər tərəfə xeyir verən demokratik əlaqə mövcuddur. Yəni, vətəndaş cəmiyyəti dövlətdən asılı deyil, lakin onunla məqsədinə doğru "qarşılıqlı anlayış" şəraitində fəaliyyət göstərir.

Sevinc MÜRVƏTQIZI

(Ardı var)

 





23.01.2014    çap et  çap et