525.Az

Türk dünyası üçün sistemli ideoloji baxış


 

Cavanşir Feyziyevin yeni kitabı haqqında qeydlər

Türk dünyası üçün sistemli ideoloji baxış <b style="color:red"></b>

Azərbaycan Mətbuat Şurasının sədri

Bilgə Xaqanın "Ey türk! Titrə, özünə dön, sən özünə dönəndə böyük olursan!" deyimi ilə sanki xeyir-dua alan "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabı haqqında düşüncələrimi bölüşmək qərarıma monoqrafiya ilə ilk tanışlığımdaca gəldm. Təkcə ona görə yox ki, müəllifi dostumuz, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev olan nəşri mütaliə edərkən gözlərimin önündə hələ gənclik illərimdən böyük həvəs göstərdiyim türk tarixinin ayrı-ayrı şanlı səhifələri canlandı. Həm o səbəbdən ki, varlığı ilə gerçək tarix yaradan toplumun üzərindən əsrlər keçdikdən sonra öz kimliyini, mahiyyətini unudacaq, unutdurulacaq şəklə salınmasını doğuran vəziyyəti təsəvvürə gətirdim.

Əvvəllər bu barədə düşünmüşdüm. Müəyyən nəticələrə gəlsəm , "hər şeyin bir sonu olur" deyərək türk varlığı ilə bağlı proseslərin bəlli qanunauyğunluq sistematikasına əsaslandığı nöqtəsində dayanmışdım. Tarixdə iz qoymuş xalqlar, onların yaratdıqları nəhəng imperiyalar olub əlahəzrət zaman keçdikcə bəşər cəmiyyəti bu quruluşların sıradan çıxmasına şahidlik edib. Amma hər qanunauyğunluqda da məntiqi gedişatın mövcudluğu prinsipi var. Bəs, bu gedişatı doğuran mətləb nədən ibarətdir?

Əlbəttə, bir çox səbəbləri vurğulamaq mümkündür. Zənnimcə, ən böyük səbəb kitabsızlıq, ideyasızlıqdır. Həyata keçirilən hər bir işin ideya bazasının istisnalılığı məramından asılı olmayaraq onu məhvə sürükləyir. Qərb cəmiyyətlərində mövcud reallıq çoxdan dərk edilib. Nəzərə alaq ki, indiki Avropa Birliyi bir model kimi hazırda quruma üzv olan dövlətlərin siyasətində uzun müddətli hədəf halına gəlməzdən öncə düşüncələrdə təşəkkül tapmış, çeşidli kitablar vasitəsilə cəmiyyətə yeridilmişdi. Türk birliyi məsələsi isə məhz vahid konsepsiyasızlıqdan zaman-zaman ideoloji fazaya qədəm qoya bilməmiş, nəticə etibarilə türklərin toplum olaraq dünya düzəninə təsiri aktuallaşmamışdı. Tam əminliklə söyləyə bilərəm ki, hörmətli Cavanşir müəllimin müəllifi olduğu "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabı ilk növbədə məhz bu təsiri aktuallaşdıran, ona yeni çalarlar gətirən, cilalayan düşüncə məhsuludur. Zənnimcə, müəllif qlobal inteqrasiya şəraitinidə türk dövlətləri birliyinin Avrasiya modelini müstəqil, müəyyən mənada alternativ xassəli sistem kimi ortaya qoymaqla əslində indiyədək gedilməyən yol üçün zəmin formalaşdırır. Haqqında bəhs etdiyim kitabsızlığı aradan qaldırmaq istiqamətində müstəsna həlqəni təşkil edən bu yolun öyrənilməsi eyni zamanda türklərin tarixən formalaşmış dövlətçilik ənənələrindəki ədalətlilik prinsipinə söykənmək, məhz ona tapınmaq üçün tutarlı bağlantılar yaradır.

Monoqrafiyanın vacib cəhətlərindən biri yeni dünya düzənində türk toplumunun vahid orqanizm halında fəaliyyət göstərməsi zərurətinin konkret faktlarla isbatlanmasıdır. Məlumdur ki, zaman-zaman türklərə münasibət birmənalı olmayıb eyni tendensiya yaşadığımız dövr üçün aktuallığını saxlamaqdadır. İslami dəyərlərin praktik fəaliyyət müstəvisində tətbiqinin uğurlu modelini ortaya qoymuş türklərin simasında dinimiz bir çox xüsusiyyətləri ilə özünü göstərən fanatiklik ehkamçılıq kimi yanlış yöndəki təqdimatlardan müəyyən qədər sığortalanıb, nümunəvi həyat tərzinin normasına çevrilib. Mövcud anlamda ərəb işğalları nəticəsində yayılmış İslamın Osmanlı fəthləri ilə görünməmiş şəkildə möhkəmləndiyini vurğulamaq yerinə düşər. Zaman keçdikcə Qərb həmin möhkəmlənmənin əsasında duran prinsiplərə məxsusi fəlsəfi çalarlar gətirərək onu nəinki ideyalaşdırdı, eyni zamanda həmin ideyaların nəticəsində üstünlüyə yiyələnməyi bacardı. Mövcud üstünlükdə isə türkçülüyə qarşı mübarizə başlıca xətt idi.

Bəli, türklərin tarixi saxtalaşdırıldı, türk milli kimliyi məsələsi şübhə altına alındı sair xoşagəlməzliklər yaşandı. Qərbin ortaya qoyduğu strateji yöntəm türklərin yaşadıqları bəlli arealı öz hakimiyyəti altında birləşdirən keçmiş SSRİ-nin ideoloqları tərəfindən daha da dərinləşdirildi. Saxta sovet beynəlmiləlçiliyi musiqisinin notları ilə assimilyasiya prosesləri geniş vüsət aldı. Aparılmış "məqsədyönlü" təbliğatın nəticəsiydi ki, türk milli kimliyi şüuru şübhə altına alındı.

Bu sayaq mənfi prosesləri özünəməxsus incəliklə anladan C.Feyziyev tarixin mənfi yaşantılarının təkrarlanmaması üçün bir növ, mənəvi ummunitet formalaşdırır. Müəllif türk dövlətçiliyinin genezisi müstəvisində tarixi-siyasi münasibətlərin dinamikasına gətirdiyi izahda gələcəyə işıq salır, bütövlükdə ayrı-ayrı mütəfəkkirlərin baxışlarında formalaşmış türk birliyi ideyasındakı təkamülün labüd trayektoriyasını böyük ustalıqla cızır. Türk dünyasının düşüncə sahiblərinə məxsus baxışların sistemləşdirilməsilə ortaya çıxarılan bu yanaşmanın özü bir modeldir monoqrafiyanın məxsusiliyini vurğulamaq baxımından son dərəcə mühüm göstəricidir.

Ümumtürk mədəniyyətini fərqli sivilizasiya nümunəsitək şaxələndirən, müxtəlif formaların təsnifatını verən C.Feyziyev türkçülüyün türk dünya xalqları üçün həm milli, həm ümumbəşəri əhəmiyyətini Mahmud Kaşğarlının, Bahəddin Ögəlin, Yusif Akçuranın, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Ziya Göyalpın digər dühaların yaradıcılığına əsaslanaraq sistemləşdirir, ayrı-ayrı baxışlardan bəhrələnərək müqayisəli təhlillərilə vahid ideya platforması yaradır. Monoqrafiyanın məhz bu üstün cəhəti onu türk xalqları tarixinin, siyasi düşüncələr məcmusunun, mədəniyyətinin, məişətinin tədrisi prosesində müstəsna mənbəyə çevirir.

Kitabın üçüncü fəsli "Avrasiyanın inkişaf perspektivləri türk dövlətləri" adlanır. Fəslin ilk bölümündəki "Asiya Avropa: türklərin görüşdürdüyü dünyalar" başlığında türklərin hər iki qitə arasında oynadığı tarixi rolun incəliklərinə nəzər salındığı məhz türk toplumunun daşıdığı missiyanın ideya nöqteyi-nəzərdən avrasiyaçılıq kimi dəyərləndirilməli olduğu vurğulandığı halda, növbəti hissədə "Rusiya Avrasiyaçılığı" sərlövhəsinin yer alması maraq doğurur. Başlıq mənə C.Feyziyevin bir müddət öncə qələmə aldığı, ölkəmizin əksər kütləvi informasiya vasitələrində xəbər saytlarında dərc edilmiş "Orxan Zeynalov, Rus Avrasiyaçılığı Türk birliyi" məqaləsini xatırlatdı. Həmin yazıdakı fikirlərin kitabda daha fundamental şəkildə əksini tapması ilə formalaşdırılan mənzərə onu deməyə əsas verir ki, rus avrasiyaçılığı türklərin görüşdürdüyü dünyaları bir növ, mənimsəməyə yönəlmiş avantüradır. Mövcud mənimsəmənin real əsaslarında I Pyotrun ambisiyalarından tutmuş 70 il Azərbaycan xalqının da tərkibində yaşadığı SSRİ kabusu mərhələsinin başlaması bitməsinədək olan az qala hər bir detal əhəmiyyətlidir. Bu kimi məqamlara geniş aydınlıq gətirən müəllif Sovetlər Birliyinin süqutu ilə yeni fazaya qədəm qoymuş rus avrasiyaçılığının hazrkı Rusiyanın dövlət ideologiyasında mühüm həlqə olduğunu əminliklə vurğulayır. C.Feyziyev daha sonra Qərbin Avrasiya siyasətindəki ideoloji motivləri qabardır, "Qafqaz Mərkəzi Asiya geopolitikasında yeni istiqamətlər. Avrasiyanın "Türk konsensusu" sərlövhəsi ilə ümumiləşdirmə aparır, ən böyük coşğun siyasət okenı olaraq dəyərləndirdiyi Avrasiyanın türk toplumu üçün tarixi doğmalıq tellərini sadalayır. Həm Rusiyanın, həm Qərbin maraqlarının müfəssəl təhlilini verərək suveren türk dövlətlərinin birliyinin zəruriliyini bölgədəki geosiyasətdə varlıq formulu adlandırır. Zənnimcə, istər elmi, istərsə məfkurəvi mahiyyət daşıyan bu yanaşmanın ayrıca xətt kimi təbliği tədrisi müstəqilliyinin 23- ilinə qədəm qoymuş gənc Azərbaycan dövlətinin böyük siyasət labirintində daim ayaqda qala, özünün oyun qaydalarını daha əminliklə diqtə edə bilməsi anlamında son dərəcə vacib məqamdır.

"Beynəlxalq siyasət beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti". Kitabın belə adlandırılmış dördüncü fəsli barədə söz açarkən onu qeyd etmək istərdim ki, son zamanlar türk dünyasının konsolidasiyası baxımından bir sıra önəmli proseslərə şahidik. Türk birliyini təcəssüm etdirən müxtəlif adlı qurumlar yaranıb onların sayı artmaqdadır. Yadınızdadırsa, iki il öncə Bakıda Türkdilli Ölkələrin Toplumların Media Birliyi formalaşdı. Qurumun təsisi 2010-cu ildə Ankarada baş tutmuş Türkdilli Ölkələrin Toplumların I Media Forumunda açıqlanan prinsiplərin 2011-ci ildə paytaxtımızda gerçəkləşmiş II forumda həyata keçməsinin əyani nəticəsiydi. Mərkəzi aparatı Ankarada yerləşən təşkilat hazırda uğurla fəaliyyət göstərməkdədir. Həm media birliyinin yaradılmasında, həm türkdilli toplumların bir-birinə yaxınlaşmasını nəzərdə tutan digər layihələrin reallaşmasında qardaş Türkiyənin öncül rolunu xüsusi vurğulamaq lazımdır. Ancaq real şərait onu göstərir ki, Azərbaycan olmadan bu öncüllüyün faydalı nəticələrinə ümid etmək demək olar, mümkünsüzdür.

Söhbəti media müstəvisinə daşımışkən onu da qeyd edim ki, türkdilli ölkələrin mediası içərisində dünya mediasına inteqrasiya baxımdan ən öncül mövqe Türkiyənin kütləvi informasiya vasitələrinə məxsusdur. Qardaş ölkənin təcrübəsinin öyrənilməsi Azərbaycan üçün önəmlidir. Lakin hazırkı qloballaşma dövründə həm Türkiyə mediasının, həm ictimai, həm dövlət qurumlarının əməkdaşlıq konturlarına, informasiya mənbələrinə ehtiyacı qaçılmazdır. Nəzərə alaq ki, dövlətin strateji maraqları baxımından da önəmli məsələlər mövcuddur. Türkdilli xalqların yaşadıqları areal kifayət qədər böyükdür həmin arealda baş verənlərdən daha operativ şəkildə xəbərdar olmaq proseslərə təsir imkanları baxımından müstəsna dividentdir. Qarşılıqlı əməkdaşlıq isə hər bir türk toplumun qloballaşan dünyaya inteqrasiyasını heç şübhəsiz, sürətləndirir. Əslində bütün bunlar istər-istəməz adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları formalaşdırır möhkəmləndirir.

Konsolidasiyaya maneçilik törədən faktorlardan söz açarkən qeyd edilməlidir ki, türk xalqları zaman-zaman bir-birinə zidd ictimai-siyasi formasiyalarda da yaşamalı olmuşlar. Hazırkı dövrdə türk toplumları ayrı-ayrı müstəqil dövlətlərin tərkibindədirlər. Lakin dəyərlər prinsip etibarilə vahid təbiətə malikdir. Elə bilirəm ki, C.Feyziyev monoqrafiyasında bu kimi məqamların incə təhlilini verməklə həmin dəyərlərin məğzində dayanan ideya platformasının həyatiliyinin qabardılmasına yönələn müstəsna görüb. O, beynəlxalq arenada türkdilli ölkələr arasındakı əlaqələrin sağlam təməllər üzərində qurulması prinsipini, həmçinin bu ölkələrdə yaşayan millətlərin anlayış dialoq, mədəni yaxınlıq kimi ortaqlıqlara sadiqliyini əsas tutaraq qarşılıqlı fəaliyyətin aspektlərini müəyyənləşdirib. Mövcud xüsusda bütöv Azərbaycan ideyasını vahid türk dünyasının tərkib hissəsi olaraq önə çəkən müəllif türk dövlətləri birliyini beynəlxalq siyasətin avanqardı, beynəlxaq hüququn subyekti kimi vurğulamaqla dünya dövlətlərinin qlobal regional miqyaslarda konsolidasiyasının məcburiyyət deyil, siyasi zərurət anlayışına söykənməsinin türk toplumu üçün keçərliliyinə aydınlıq gətirib.

Bir qədər əvvəl türk birliyində Türkiyə ilə yanaşı Azərbaycanın da hərəkətverici qüvvə olduğunu diqqətə çatdırdım. Monoqrafiyanın "Sarsılmaz təməllər üzərində" adlı beşinci fəslində buna xüsusi diqqət yetirən C.Feyziyev iki ölkənin vahid fəaliyyət xəttini dünya türkçülüyünün cazibə mərkəzi adlandırıb. Bir qədər konkretləşdirsəm, o bildirib ki, Türkiyə Azərbaycan arasındakı doğmalıq əlaqələri türk dünyasını inkişaf etdirən münasibətlərin cazibə mərkəzini təşkil edir. Müəllifin həmin mərkəzin böyük simaları sayılan Ulu Öndər Mustafa Kamal Atatürkün Ümummilli lider Heydər Əliyevin baxışlarına söykənməsi türk dünyası məkanının gələcək perspektivlərinə izah vermək nöqteyi-nəzərdən müstəsna səciyyə daşımaqdadır. Mustafa Kamal Atatürk "Ey türk milləti! Sən yalnız qəhrəmanlıq cəngavərliklə deyil, mənəviyyat sivilizasiyada da insanlığın şərəfisən. ...Yaddaşında minlərcə ilin xatirəsini daşıyan tarix sivilizasiya mərhələsində layiq olduğun yeri sənə barmağı ilə göstərir. Oraya yürü yüksəl. Bu sənin üçün həm bir haqq, həm bir borcdur" söyləməklə çağırış etmişdisə, Heydər Əliyevin "Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər yaradır. İqtisadi, siyasi mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir" deməsi birgə fəaliyyət naminə sanki katalizator rolunu oynamışdı. Bu fikirləri ümumiləşdirən, onları ümumtürk məsələsinin ideya mənbəyi olaraq görən C.Feyziyev qeyd edir ki, türk dünyası vahid konsepsiyanın şərtləri daxilində milli siyasətlə bəşəri amallara xidmət edən siyasətin harmoniyasını tapa öz iradəsini ortaya qoyan, yeridən nüfuzlu qlobal gücə çevrilə bilər. Zənnimcə, müəllifin Azərbaycan-Türkiyə qardaşlığı timsalında türk dünyasının müttəfiqləşməsinin vacibliyini əsaslandıran düşüncələri labüd konsolidasiya prinsiplərinə hərtərəfli yanaşmanın ifadə olunduğu müstəsna nəzəri-konseptual baxışdır.

Nəhayət, C.Feyziyev "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabının sonuncu - altıncı fəslində qloballaşma şəraitində türk dövlətləri birliyinin strategiyasının nələrdən ibarət ola biləcəyi üzərində dayanaraq əslində digər fəsillərdə cızdığı trayektoriyada bir növ, məntiqi yekun, daha doğrusu konkret hədəflər tapır. Mövcud tapıntıda özünün vurğuladığı kimi, dünya miqyasında ümumtürk təşkilatlanmasının qlobal beynəlxalq siyasətin əsas fundamental istiqamətlərində pozitiv tranformasiyalar prosesini həyata keçirən yaradıcı qüvvə kimi meydana gətirdiyi tarixi-siyasi imkanların sadalanması xüsusilə əhəmiyyətlidir. Həmin imkanlar sırasında beynəlxalq təhlükəsizliyin Avropa İttifaqı NATO ilə yanaşı, Türk Dövlətləri Birliyi dayağının yaradılmasından tutmuş Avrasiyanın qlobal siyasi məkan bütövlüyünü qazanaraq dünyanın ən inkişaf etmiş regionuna çevrilməsinədək vurğuladığı bütün detallar müəllifin ümumən Avrasiyanın gələcəyinə mükəmməl elmi baxış ortaya qoyduğunu təsdiqləyir.

Sonda onu da bildirim ki, dostumuz, fəlsəfə doktoru hörmətli Cavanşir Feyziyevin "Türk dövlətləri birliyi. Qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının həyatında müstəsna hadisədir. Tarixin müxtəlif dövrlərində baş vermiş hadisə proseslərin türkçülük maraqları nöqteyi-nəzərindən uzlaşdırıldığı, mükəmməl yanaşmanın dolğun analitik təhlillərlə əsaslandırıldığı belə bir nəşrin məhz azərbaycanlı müəllif tərəfindən qələmə alınması böyük ölçüdə tamamlayıcı faktordur. Bu o deməkdir ki, qlobal proseslərin mühüm aktoruna çevrilmiş ölkəmiz həmçinin mənsub olduğu türk dünyasında nəzəri-ideoloji baza formalaşdıran mərkəz, fundamental ideyalar qaynağıdır. Cavanşir müəllimin gələcəkdə bu deyimi daha dolğun şəkildə təsdiqləyən dəyərli nümunələrlə bizləri sevindirəcəyinə tam əminəm. Ona bu istiqamətdəki elmi axtarışlarında uğurlar arzulayıram.

 





23.01.2014    çap et  çap et