525.Az

128 nəfər koronavirusa yoluxdu: 132 sağalan, 1 ölən var


 

128 nəfər koronavirusa yoluxdu: <b style="color:red"> 132 sağalan, 1 ölən var</b>

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 132 nəfər sağalıb, 128 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 023 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 655 nəfər müalicə olunaraq sağalıb, 586 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 782 nəfərdir.

Ötən müddət ərzində 1 102 401 test aparılıb. Bugünkü test sayı isə 6 858-dir.

 

 





27.09.2020    çap et  çap et