525.Az

Aİ tərəfləri gərginliyi azaltmağa çağırdı


 

Aİ tərəfləri gərginliyi azaltmağa çağırdı<b style="color:red"></b>

Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrellin bəyanatında deyilir.

Bəyanatda həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir ilkin şərt qoyulmadan danışıqlara dərhal qayıtmağın zəruriliyi vurğulanır.

 





27.09.2020    çap et  çap et