525.Az

Almaniya XİN başçısı Ermənistan və Azərbaycanı danışıqlara çağırıb


 

Almaniya XİN başçısı Ermənistan və Azərbaycanı danışıqlara çağırıb<b style="color:red"></b>

"Ermənistan və Azərbaycan dərhal hərbi əməliyyatları dayandırmalı, böhran danışıqlar yolu vasitəsilə sülh yolu ilə həll olunmalıdır".

“Report” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər naziri Hayko Maasın bəyanatında deyilir.

“Münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatları dayandırmağa çağırıram. Xüsusilə də kəndləri və şəhərləri atəşə tutmağı daynadırmalıdırlar”, - H.Maas deyib.

Onun sözlərinə görə, bu münaqişə yalnız ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə həll edilə bilər:

“Ermənistan və Azərbaycan dərhal güc metodlarından qarşılıqlı danışıqların xeyrinə imtina etməlidir”.

 





27.09.2020    çap et  çap et