525.Az

Bəzi ərazilərdə hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib - Yenilənib


 

Bəzi ərazilərdə hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib -<b style="color:red"> Yenilənib</b>

Milli Məclisin bu gün keçirilən iclasında ölkənin bəzi şəhər və rayonlarında hərbi vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul edilib.

Bu barədə APA-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, bu qərar Azərbaycan Prezidenti tərəfindən 48 saat müddətində təsdiq ediləcək: “Nəhayət, Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad olunması vaxtı gəlib çatıb. Müvafiq şəhər və rayonlarda yaşayan əhalini hərbi vəziyyətin və komendant saatının tələblərinə uymağa çağırırıq”.

Deputat qeyd edib ki, komendant saatı elan edilməsi ilə bağlı vəziyyət DİN-in səlahiyyətinə verilib: “Müvafiq şəhər və rayonlarda komendant saatı da tətbiq olunacaq”.

***

Azərbaycan Milli Məclisinin iclası keçirilir.

“Report”un xəbərinə görə, iclasda hərbi vəziyyət elan edilməsi ilə bağlı məsələ müzakirə edilir.

İclas davam edir.

 





27.09.2020    çap et  çap et