525.Az

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib - Video


 

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib - <b style="color:red"> Video</b> Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib, xeyli düşmən qüvvəsi məhv edilib.

Müdafiə Nazirliyi xəbər verir ki, Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

 





28.09.2020    çap et  çap et