525.Az

Çin təmas xəttində gərginliyə münasibət bildirdi


 

Çin təmas xəttində gərginliyə münasibət bildirdi<b style="color:red"></b>

Çin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyə münasibət bildirib.

APA-nın xəbərinə görə, bu barədə XİN-in mətbuat katibi Vanq Venbin mətbuat brifinqində deyib ki, Çin Azərbaycan və Ermənistanın fikir ayrılıqlarını dialoq vasitəsilə həll edəcəyinə və hazırkı vəziyyətdə sakitlik və təmkin göstərəcəyinə ümid edir.

O qeyd edib ki, regional sülhün və sabitliyin qorunması bütün tərəflərin maraqlarına cavab verir.

 





28.09.2020    çap et  çap et