525.Az

Ötən il xaricə 13.4 milyon dollarlıq tütün satılıb


 

Ötən il xaricə 13.4 milyon dollarlıq tütün satılıb <b style="color:red"></b>

Ötən il Azərbaycanda 3.1 min hektar sahədə tütün əkilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il də 3.1 min hektar sahədə əkin aparılıb:
 
"2019-cu ildə ölkədə 6 min ton tütün istehsal edilib. 2020-ci ilin yanvar-avqust ayları ərzində tütün istehsalı 3.8 min ton olsa da, hazırda tütün yığımı davam edir. Tütünün məhsuldarlığı 2019-cu ildə 19.3 sent/ha olub. Ötən il məhsuldarlıq səviyyəsi 2018-ci ilə nisbətən 1.6 faiz artıb. Azərbaycanda istehsal edilən tütünün hamısı ixrac edilir. 2019-cu ildə 6.4 min ton (400 kq. əvvəlki ildən qalan tütün) və ya 13.4 milyon dollar həcmində tütün xaricə satılıb. Ötən il tütün ixracı 2018-ci illə müqayisədə 53.5 faiz artıb. Tütünün əsas ixrac bazarı Rusiyadır".

 





27.09.2020    çap et  çap et