525.Az

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla həmrəylik videosu paylaşıb


 

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanla həmrəylik videosu paylaşıb<b style="color:red"></b>

Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatları nəticəsində yaranmış qarşıdurmada Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən viedoçarx yayımlayıb.

Nazirliyin “Twitter” səhifəsində Azərbaycan və Türkiyə ordularının qüdrətini nümayiş etdirən videoçarx sosial şəbəkə istifadəçiləri tərəfindən geniş şəkildə bəyənilir və sürətlə yayılır.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsinin xatırladıldığı hissədə “Hər zaman Can Azərbaycanın yanındayıq” yazılır.

 





28.09.2020    çap et  çap et