525.Az

“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır”


 

“Ermənistan Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş aparır”<b style="color:red"></b>

Azərbaycanın əks-həmlələrinin Ermənistanda və Dağlıq Qarabağda yaşayan ermənilər arasında ciddi təlaşa səbəb olub.

APA-nın Moskva müxbirinin məlumatına görə, TASS agentliyi xəbər verir ki, Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan “Qovorit Moskva” radiosuna müsahibəsində bunu təsdiqləyən fikirlər səsləndirib.

Erməni səfir bildirib ki, İrəvanda Dağlıq Qarabağ əhalisinin təxliyəsi planı üzərində iş gedir.

“Ermənistan bölgədə vəziyyətin gərginləşməyə davam etməsi halında, Dağlıq Qarabağ əhalisinin təxliyəsi üçün humanitar dəhlizlərin təşkili imkanlarını nəzərdən keçirir. Bu cür məsələlər nəzərdən keçirilir. Lakin ümid edirik ki, iş bu yerə gəlib çatmayacaq”, - deyə erməni diplomat vurğulayıb.

 





28.09.2020    çap et  çap et