525.Az

Mənsimovun "Beşiktaş”dakı üzvlüyü donduruldu


 

Mənsimovun "Beşiktaş”dakı üzvlüyü donduruldu<b style="color:red"></b>

“Xəzər Lənkəran"ın sahibi, Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov "Beşiktaş" klubundakı üzvlüyü dondurulub.

Qol.Az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, buna M.Mənsimovun “Beşiktaş”ın idarə heyətinin üzvü olduğu halda “Kasımpaşa” klubunun idarə heyətinə keçməsi və “qara-qartal”larla bağlı səsləndirdiyi bəzi mənfi fikirlər səbəb olub.

"Xəzər Lənkəran"ın sahibi ilə yanaşı,  İhsan Kalkavan, Turqay Ciner, Zafer Yıldırım üzvlüyü dondurulub.

Bununla bağlı qərarı "Beşiktaş" rəhbərliyinin dünən verdiyi bildirilib.

 





24.01.2014    çap et  çap et