525.Az

Paytaxt sakinləri ordumuza dəstək verirlər


 

Paytaxt sakinləri ordumuza dəstək verirlər <b style="color:red"></b>

Hər bir evdən, hər bir pəncərədən bir bayraq asılıb.

APA TV-nin məlumatına görə, ordumuzun uğurlu hərbi əməliyyatlarından sonra ölkəmizin hər yerində olduğu kimi paytaxt Bakıda da küçə və prospektlər, yaşayış və qeyri-yaşayış binaları, ictimai iaşə obyektləri, dövlət və özəl müəssisələrinin binaları, fərdi avtomobillər, avtobuslar Azərbaycan bayraqları ilə bəzədilib.

Vətəndaşlar bu addımları ilə Ordumuza dəstək olduqlarını nümayiş etdirirlər:

- Bizim xalqımız fəxr edir ki, əsgərimiz, gözəl zabitlərimiz var. Allah bu ədalətli yolda bizə dayaqdır və biz bu zəfər yürüşündə qalib gələcəyik. Allah əsgərlərimizə can sağlığı versin. Ordumuza uğurlar arzu edirəm, zəfər bizimlədir!

- Allah əsgərlərimizə kömək olsun. Bu dəfə qələbə qazanaq. Bir neçə dəfə vuruşublar, əziyyət çəkiblər, amma bu müharibə axıra çatmayıb. Bu müharibə axırıncı olsun. Qələbə qazansınlar.

- Allah bizim ordumuzu qorusun, Allah bizim Azərbaycan xalqını qorusun, Allah bizim hörmətli prezidentimiz İlham Əliyevi qorusun. İnşallah biz o zirvəni fəth edəcəyik.

- Cəbhə xəbərlərini televiziyadan izləyirik. İşğal olunmuş torpaqlarımız uğrunda müharibə gedir. Arzu edirəm ki, işğal olunmuş torpaqlarımızı geri alaq. Bizim apardığımız müharibə ədalətli müharibədir.

- Cəbhədə olan qələbələrimiz bizim üçün sevindiricidir. İnşallah torpaqlarımızı geri alarıq. Lazım olsa, hərbi xidmətə getməyə hazıram.

 





28.09.2020    çap et  çap et