525.Az

"Barselona"nın yeni prezidenti müəyyənləşdi


 

"Barselona"nın yeni prezidenti müəyyənləşdi<b style="color:red"></b>

Sandro Rosellin istefasının ardından "Barselona"da yeni prezidentin adı məlum olub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, Kataloniya klubunun vitse-prezidenti Josep Mariya Bartomeu yeni seçkilərə - 2016-ci ilə qədər "Barsa"nın prezidentinin səlahiyyətlərini icra edəcək.

Bartemounun köməkçisinin klubun maliyyə işləri ilə üzrə vitse-prezidenti Xavyer Fausun olacağı gözlənilir.

Qeyd edək ki, "Barselona"da 2016-ci ildə keçiriləcək prezident seçkilərinə ilk namizəd artıq məlumdur. Bu, 2003-2010-ci illlərdə Kataloniya klubunda prezident olan Xuan Laportadır.

 





24.01.2014    çap et  çap et