525.Az

Gözlərindən ürəyi görünən insan haqqında düşüncələr


 

Gözlərindən ürəyi görünən insan haqqında düşüncələr<b style="color:red"></b>

Ağayana görkəmi, kübar münasibəti, təmkinli danışığı... Mən Rahim müəllimi çoxdan tanımıram, cəmi bir neçə dəfə atüstü görüşmüşük. Oturub əməlli-başlı dərdləşməyə, necə deyərlər, bir-birimizi "kəşf" etməyə vaxtımız, macalımız olmayıb. Ancaq bununla belə, qəlbimdə, yaddaşımda qalan əsas cizgilər məhz bunlardır.

Bir dəfə Rahim müəllimə yaxın olan adamların birindən soruşdum:

- Bilmirsən, Rahim müəllimin nəslində, kökündə bəylik olmayıb?

- Düzü, bilmirəm, - dedi, - sonra da əlavə etdi. - Rahim müəllim özü elə bəydir, ...

Müsahibimdən daha heç soruşmadım. Ancaq orası da var ki, bəylik, əsilzadəlik sonralar qazanılan keyfiyyət deyil axı. Deməli, kübarlıq, nadirlik, təkrarsızlıq Rahim müəllimin qanındadır, canındadır, əslindədir, kökündədir...

lll

Bu yazı işlədiyim redaksiyanın sifarişidir, başqa qəzet jurnal redaksiyasından, radio televiziyadan xahiş etmişlər. Ancaq yazıram, yaza-yaza da düşünürəm ki, çox yəqin ki, əvvəl-axır özünün xəbər tutacağı bu yazı, bəlkə, heç çap da olunmadı. Eşitmişdim ki, belə şeylərdən xoşu gəlmir.  Hər halda çoxdan ürəyimdə qəlb ehtiyacından doğan bu yazını yazmaya bilməzdim. Axı indi Allah adamı, nadir adam, yaxşı adam çox azdır onların fərqi cəhətlərini, müstəsna keyfiyyətlərini, çoxlarında görmədiyimiz əxlaqi mənəvi ölçüləri görmək, qiymətləndirmək, bunu başqalarına da nümunə göstərmək, ibrət dərsi götürmək özü bu millətə, xalqa, Vətənə xidmət etmək deməkdir. Unutmaq olmaz ki, həyatımızı yaşadan, zənginləşdirən, irəli aparan məhz belə insanlardır...

Rahim Hüseynov haqqında bildiklərim bunlardır: Salyan şəhərində doğulub, Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Bir müddət öz rayonlarında çalışıb. Sonra Bakıya, Respublika Səhiyyə Nazirliyinə işə dəvət olunub. Burada adi əməkdaşdan nazir vəzifəsinə qədər çətin, şərəfli mürəkkəb bir inkişaf yolu keçib. "Mürəkkəb" sözünü təsadüfən yazmıram. Həqiqətən, Rahim Hüseynovun nazir müavini nazir işlədiyi illər Azərbaycan xalqının ictimai-siyasi tarixinin ən ağır, mürəkkəb keşməkeşli dövrlərindən olub. Hazırda "Təfəkkür" Universitetində birinci prorektor vəzifəsində çalışır. Professordur. 100-ə yaxın elmi əsərin məqalənin müəllifidir. 1990- ildə Respublika Ali Sovetinin deputatı seçilib. Qarabağ müharibəsi veteranı, xoşbəxt ata xoşbəxt  babadır, vəssalam...

Sizcə, hər hansı insan haqqında geniş yazı hazırlamaq üçün bunlar kifayətdirmi? Əsla, yox. Elə isə, bəs onda niyə görüşüb ətraflı söhbət etməmişik?  Bu barədə yuxarıda da danışmışam, indi bir daha təkrar edirəm: ən azı ona görə ki, qəti bilirdim, razı olmayacaq. Ona görə güc verdim müşahidələrimə, onunla ayaqüstü görüş söhbətlərdən aldığım təəssüratlara, düşüncələrimə, olar-olar...

Rahim Hüseynov Allaha, taleyə, qismətə inanan insandır. "Allah adamı" ifadəsi burada, məncə, yerinə düşür. Bu ifadəni, əsasən, nadir adamlar haqqında işlədirlər. Özü bunun üçün təkcə kiməsə yaxşılıq etmək, kiminsə əlindən tutmaq, arxa olmaq azdır. Gərək Böyük Yaradanı, Allahı daim başının üstündə görəsən, yüksək əxlaq yiyəsi, saflıq, səmimilik nümunəsi olasan.

Əgər haçansa Rahim müəllimdən müsahibə götürəsi olsam, mütləq birinci bu sualı verərəm:

- Yaşınızın, təcrübənizin ən bəhrəli vaxtında vəzifədən - respublika səhiyyə naziri vəzifəsindən azad edilmisiniz. Həmin anlarda qəlbinizdən nələr keçirdi, düşünürdünüz?

Əslində Rahim müəllimin vəzifədən azad edildikdən sonrakı həyatı bu suala dəqiq cavab verir: ağır davranış, sakit münasibət, olub-keçənlərə, baş verənlərə təmkinli baxış, kiçik bir taym-autdan sonra özünü səfərbər etmək, toparlamaq qeyrəti... Necə deyərlər, igid odur, atdan düşə, atlana...

Elə buradaca yerinə düşər, desəm ki, Rahim Hüseynov ağır adamdır: sözün mənəvi fiziki mənasında. Başqalarını deyə bilmərəm, mən bu paralelliyin özündə bir qanunauyğunluq, bir nizam-tərəzi görürəm...

Hər halda, ötən illər bu həqiqəti bir daha təsdiq etdi. Çoxlarından fərqli olaraq yüksək vəzifədən azad edildikdən sonra Rahim Hüseynovun el-oba, ictimaiyyət içindəki, dost-tanış, qohum-qonşu arasındakı xətir-hörməti əskilmədi, hətta bir az artdı da. Bu baxımdan o köhnə bir streotipi qıra bildi: qədər ki, vəzifə vardı, hörmət vardı, vəzifə getdi, hörmət getdi. Rahim müəllim çoxlarına sübut edə bildi ki, vəzifə, hətta nazir vəzifəsi ona heç bir əlavə hörmət nüfuz qazandırmayıb, əksinə onun şəxsiyyəti, yüksək əxlaqi mənəvi keyfiyyətləri vəzifəyə hörmət nüfuz qazandırıb.

Qarabağ müharibəsinə aid kitablarımın birində belə bir epizod var: "Respublika səhiyyə müdafiə nazirliklərinin təşəbbüsü ilə Ağdama səyyar hospital gətirilib. Yaralıların müayinə müalicəsinə səhiyyə nazirinin müavini Rahim Hüseynov nəzarət edir.

- Tibbi yardım öz yerində, ermənilərin adamlarımıza qarşı vəhşiliklərini sənədləşdiririk, - deyə R.Hüseynov bildirir. - Həlak olanların hamısını müayinədən keçiririk. Bütün bunlar ermənilərin tarixi cinayətlərini sübut etmək üçün lazım olacaq".

İndi bu sətirlərin yazıldığı vaxtdan - 1992-ci ilin may ayından çox keçib mən təəssüf edirəm ki, o dövrdə əməlli-başlı söhbət edə bilməmişik. Düzdür, buna heç macal da yox idi. Müharibəyə, cəbhəyə, döyüşə bələd olan adamlar yaxşı bilir ki, ölümün gözlə qaş arasında olduğu o ağır, vahiməli anlarda sabaha, hətta bir an sonraya sağ qalmaq gümanının olmadığı vaxtlarda belə şeylər yada düşmür. Ancaq hər halda, cəbhə bölgələrindən, döyüşdən ölüm-dirim anlarından bəhs edən yazımda Rahim müəllimin adını oxuyanda bir müəllif olaraq məmnuniyyət hissi keçirdim.

Bir halda ki, söhbət Qarabağ müharibəsindən düşdü, ədalət naminə etiraf etməliyik: hərbi hospitalların yaradılması formalaşdırılması Rahim Hüseynovun adı fəaliyyəti ilə bilavasitə bağlıdır.

İndi bu sətirləri yazarkən bir faktı da xatırlayıram: Rahim müəllim nazir müavini nazir vəzifəsində çalışdığı illərdə Qarabağ bölgəsində, cəbhə xəttində 487 gün ezamiyyətdə olmuşdur. Bu hələ rəsmi sənədlərdə əksini tapan müddətdir. Qeyd olunmayan günlərin sayı, bəlkə, daha çoxdur. Daha bir maraqlı fakt: Rahim Hüseynov 95 saat Qarabağ səmasında uçuşda olmuşdur. İndi ola bilər ki, bu fakt bu rəqəmlər çoxlarında heç bir emosional duyğu yaratmasın. Bəli, ağlınız dinc vaxtlarda "TU-154" təyyarəsi ilə sakit rahat reyslərə getməsin. Cəbhə xəttinə, mühasirədə olan kəndlərə, döyüş bölgəsinə hər uçuş ölümlə üz-üzə dayanmaq idi! Həmin illərdə vurulan təyyarə vertolyotlarımızı xatırlamaq kifayətdir. Deməli, uçuşdan əvvəl bu dünya ilə vidalaşmaq, necə deyərlər, kəlmeyi-şəhadətini oxumaq lazım idi. Ancaq heç bir ölüm vahimə xofu onu bu qorxulu səfərlərdən saxlaya bilmirdi.

Burada məsələnin başqa tərəfi, necə deyərlər, dağın o biri üzü var axı. O illərdə vəzifə sahibi olanların çoxu sərhəd kəndlərinə, cəbhə xəttinə, döyüş zonasına getmək əvəzinə, arxa rayonların qonaq evlərində daldalanmağı daha üstün tuturdular. Rahim Hüseynovun yolu isə bilavasitə cəbhə xəttinə, mühasirə vəziyyətində olan kəndlərə idi.

"Allah adamı" ifadəsini tez-tez işlədirik. Bu, əlbəttə, təsadüfi deyil. Onun həyatının müharibə dövrü bu baxımdan çox ibrətamizdir: dəfələrlə ölümlə üz-üzə dayanıb, uçduğu vertolyot gülləyə tutulub, mindiyi maşına atəş açılıb, mühasirəyə düşüb... Ancaq Allahın nəzərləri həmişə onun üstündə olub, Böyük Yaradan onu amanında saxlayıb, namərd gülləsindən qoruyub. Bu yerdə yadıma Rahim müəllimin müsahibələrindən biri düşür: "...Səhər yerimdən mərhum daxili işlər naziri Məhəmməd Əsədovla danışdım. O, bir qrup dövlət xadiminin bu gün Qarabağa yola düşəcəyini bildirdi, xahiş etdi ki, dövlət katibi Tofiq İsmayılovla danış, məsləhət bilsə, yenidən onlarla birgə Ağdama, Qarabağın digər yaşayış məntəqələrinə gedim. Allahın varlığına, bəxtə, qismətə o zaman mən bir daha inandım. Tofiq müəllimin köməkçisindən çox hörmətli akademikin məni soruşmadığını öyrəndikdə o "istəyirsiniz, sizi yoldaş İsmayılovla calaşdırım, - dedi. Mən razı olmadım. Bilirdim ki, yolüstü onsuz da işi başından aşır, lazım bilsə, yəqin ki, özü məni axtarar... Təxminən 10-12 radələrdə yenidən telefon nömrələrini yığmağa başladım. Sanki, ilahi bir qüvvə əllərimdən tutdu ...nömrələri axıradək yığmadan dəstəyi yerinə qoydum.

Beləcə, onlarla birlikdə Ağdama getmədim. Bakıda yarımçıq qalmış işlərimi sona yetirməyə başladım. Vertolyotun partladılması barədə xəbəri eşidəndə isə bütün bədənim gizildədi. Gözlərim önünə xətrini dünyalar qədər istədiyim Tofiq İsmayılov, Məhəmməd Əsədov, Vaqif Cəfərov, İsmət Qayıbov... gəldi.

...Azərbaycanın qaymaqlarını xilas etmək iqtidarında deyildim. Əlacım bir şeyə çatmadığından kabinetdə oturub hönkür-hönkür ağladım. Sonra isə qoşuldum onların cənazələrinin Ağdamdan Bakıya gətirilməsinə, məhkəmə-tibbi ekspertizasına nəhayət, dəfn mərasimində iştiraka".

Fikirləşdim ki, bəlkə, Rahim müəllimin o illərə aid qeydləri, ya gündəliyi var? Ancaq təəssüf ki, o indi yalnız yaddaşına arxalanır. Heç bir qeydi, ya gündəliyi yoxdur.

Rus ədəbiyyatşünaslığında belə bir fikir var: böyük rus yazıçısı M.Şoloxov özünün məşhur "Sakit Don" romanını bir generalın gündəliyi əsasında yazıb. Əlbəttə, burada M.Şoloxovun böyük istedadı, yazıçı müşahidələri, zəngin obrazlar, süjet xətti kompozisiya yaratmaq ustalığı s. öz həlledici sözünü deyib. Yoxsa, belə bir dünya şöhrətli əsər yarana bilməzdi. Ancaq orası da həqiqətdir ki, M.Şoloxovu tərpədən, hərəkətə gətirən bir qüvvə - generalın gündəliyi olub axı. Maraqlı, ibrətamiz nümunə götürüləsi epizoddur, elə deyilmi?!

Elə buradaca yadıma başqa bir epizod düşür: 1992-ci ildə korpus komandiri olan generalla görüşdük. Qızğın döyüşlər gedirdi. Qəzet üçün növbəti reportaj hazırlayırdım. Fotoqraf da mənimlə idi təbii ki, şəkli çəkmək istəyirdi. Ancaq o qəti etiraz etdi, hətta əsəbiləşdi.

- Döyüş meydanı çəkiliş meydançası deyil, - dedi.

İllər keçdi, atəşkəs elan edildi. Generalı Respublika Müdafiə Nazirliyinə məsul vəzifəyə dəyişdirdilər. Sonrakı görüşmələrimizin birində generaldan çapa hazırlanan müharibəyə aid növbəti kitabım üçün şəkillər istədim. Təəssüflə başını buladı.

- Heç qalmayıb, - dedi.

Görəsən, digər bir çox vacib məsələlər kimi bunu da, yəni hər şeyi vaxtında-vədəsində sənədləşdirməyi, tarixə çevirməyi vaxt, necə, harda öyrənməliyik? Burada söhbət Rahim müəllimdən düşdü, ancaq orasını da etiraf edək ki, bu giley-güzarda hamının payı var. Daha çox da biz qələm sahiblərinin.

lll

El arasında belə bir məşhur deyim var: Qabaqlar yaxşı kişilər, bir yaxşı atlar olub. Həmin yaxşı kişilər o yaxşı atları minib gediblər. Bu məntiqlə, əlbəttə, mübahisə etmək olar. Bəlkə, yaxşı kişilər yaxşı atlar keçmişlərə nisbətən azalıb. Bax bu, həqiqətdir bu məntiqlə hökmən razılaşmaq lazım gəlir.

Görünür, elə buna görədir ki, belə nadir adamlara hamı xüsusi hörmət ehtiramla yanaşır, xətrini əziz tutur, onları həyatın, bədxah insanların hər cür namərd hücumlarından qorumağa, hifz etməyə çalışırlar. Qətiyyətlə demək olar ki, Rahim Hüseynov məhz belə nadir şəxsiyyətlərdəndir.

Bir müşahidəm var: Bu insandan küsən, inciyən, narazı qalan görməmişəm, eşitməmişəm. Hətta onun tərəfindən müxtəlif səbəblər üzündən cəza alsalar belə. Bu, əslində, ilk baxışda qəribə, anlaşılmaz bir duyğudur. Çünki hamı, hətta nöqsanı olan da özünü həmişə haqlı sayır, cəzadan yayınmağa çalışır. Ancaq Rahim müəllim kimə irad tutursa, dərhal razılaşır, qəbul edir. Burada, bəlkə, çox səbəblər axtarmaq olar. Mən birini deyəcəyəm: Rahim müəllimdə qərəz, hayıf almaq ehtirası, mərdi qova-qova namərd etmək cəhdi yoxdur adamlar da bunu çox gözəl bilir.

Rahim müəllimin həyatına, keçdiyi yola, bugünkü fəaliyyətinə yaxından bələd olanlar yaxşı bilir: Elə bil ki, bu insan dünyaya yalnız yaxşılıq etmək, kömək durmaq, arxa-dayaq olmaq üçün gəlib.

Rahim müəllim kinli adam deyil heç kimə qibtə ilə baxmır, həsədlə yanaşmır. Böyük Yaradan ona əsl insana xas olan bütün daxili xarici gözəllikləri səxavətlə bəxş edib. Ancaq burada qəribə bir paradoks da var: Bütün ömrü boyu ona həsədlə baxıblar, qibtə ediblər. Düzdür, Rahim müəllim həyat yollarında bunun çox ağrısını-acısını dadıb, enişli-yoxuşlu, dönümlü-döngəli gədiklərdə çox zərbələr alıb. Ancaq hər dəfə bunları tale, qisməti alın yazısı ilə bağlayıb, Məmməd Araz demişkən, sel boğan dərələrdən böyük qürur ləyaqətlə çıxıb, öz haqq yolundan dönməyib.

lll

...Rahim müəllimin gözlərinə baxıram. Baxıram demək azdır. Mən həm bu gözlərdən onun ürəyini görürəm. Bu da bir müstəsnalıq, bir nadirlik, bir xoşbəxtlikdir: onun gözlərinə diqqətlə baxıb ürəyini görmək, oxumaq mümkündür. Ona görə ki, bulanıq deyil, yerə-göyə baxmır, adamdan qaçmır, bulaq suyu kimi dupdurudur. Üstəgəl, ürəyin düşündüyünü, gözün gördüyünü bizə çatdıran dil...

Bəli, Rahim Hüseynov o kəslərdəndir ki, onun gözü , ürəyi , dili eyni söz deyir. Məncə, dünyada əsl insan üçün bundan böyük xoşbəxtlik ola bilməz...

Ziyəddin SULTANOV,

Respublikanın əməkdar jurnalisti           
 





00.00.0000    çap et  çap et