525.Az

"Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır"


 

"Hüquqi dövlət və vətəndaş cəmiyyəti demokratiya ilə sıx bağlı anlayışlardır"<b style="color:red"></b>

Gülzar İbrahimova: "Qanunun aliliyini tanıyan hüquqi dövlƏt qurulmuş bir ölkə vətəndaş cəmiyyəti üçün münbit zəmindir" 

Müsahibimiz  AMEA İnsan Hüquqları İnstitutu, Din İctimai Təhlükəsizlik şöbəsinin müdiri, siyasi elmlər doktoru

Gülzar İbrahimovadır. Söhbətimizin məğzini vətəndaş cəmiyyəti  hüquqi dövlət quruculuğu mövzusu təşkil edir. 

 

 (Əvvəli ötən sayımızda)

 

- Vətəndaş cəmiyyətinin inkişafı dövlətə verir?

-Vətəndaş cəmiyyətinin inkişafı dövlətin inkişafı deməkdir. Bu iki tərəfin inkişafı isə vətəndaş cəmiyyətinə dövlət müdaxiləsinin qarşısını alan siyasi sistemin inkişafına aparır. Deməli, onların birgə vəhdət təşkil etməsi istər vətəndaş cəmiyyətinin, istərsə hüquqi dövlətin mövcudluğu üçün mütləqdir.

Vətəndaş cəmiyyəti hüquqi dövlətin arasındakı qarşılıqlı münasibətlərdən danışarkən, onu qeyd etmək olar ki, burada şaquli əlaqələrin üfüqi əlaqələrə əksinə, çevrilməsi prosesi baş verir. Dövlət strukturlarının bəzi elementləri vətəndaş cəmiyyətinin qurumlarına, əksinə, bəzi vətəndaş cəmiyyəti strukturları - parlament siyasi partiyalar dövlət strukturlarına çevrilir.

- Bu zaman hansısa ziddiyyətlər yarana bilərmi?

- Real həyatda vətəndaş cəmiyyəti dövlətin qarşılıqlı münasibətlərinin dialektik baxımdan bir-birinə zidd üç variantı ola bilər: dövlət vətəndaş cəmiyyətini boğur bunun nəticəsi kimi totalitar rejim yaranır; dövlət vətəndaş cəmiyyətinin iradəsini yerinə yetirir, hüquqi dövlət kimi hüquq çərçivəsində fəaliyyət göstərir. Bu halda demokratik rejim meydana çıxır. Vətəndaş cəmiyyəti ilə dövlət arasında etibarsız bərabərlik olduqda isə avtoritar rejimlər yaranır .

Vətəndaş cəmiyyətinin əsası mədəni, müstəqil, tam hüquqlu fərddir bu cəmiyyətin keyfiyyəti məzmunu fərdin mühüm keyfiyyətlərindən asılıdır. Vətəndaş cəmiyyəti insanların qrup fərdi mənafelərini hüquqlarmı qorumalı olan müstəqil assosiasiyaların  simasında dövlətlə xüsusi münasibətlərdədir. Bir məsələ var ki, vətəndaş cəmiyyəti qədər güclü inkişaf edibsə, demokratik rejimlər üçün əsaslar bir o qədər çoxdur. Əksinə, vətəndaş cəmiyyəti qədər zəif inkişaf edibsə, avtoritar totalitar rejimlərin meydana gəlməsi ehtimalı bir o qədər çoxdur.

Vətəndaş cəmiyyətinin meydana gəlməsi insan hüquqları vətəndaş hüquqları arasında hədd qoyulması ilə bağlıdır. İnsan hüquqlarını vətəndaş cəmiyyəti, vətəndaş hüquqlarını isə dövlət təmin edir. Hər iki halda şəxsiyyətin hüquqlarından söhbət gedir, lakin əgər birinci halda ayrıca fərd kimi şəxsiyyətin yaşamaq hüququ nəzərdə tutulursa, ikinci halda onun siyasi hüquqları nəzərdə tutulur. Beləliklə, həm iqtisadi, həm mədəni, mənəvi siyasi potensiallarını özü reallaşdırmaq hüququna malik olan şəxsiyyət istər vətəndaş cəmiyyətinin, istərsə hüquqi dövlətin mövcudluğunun ən vacib şərti kimi çıxış edir fərd vətəndaş cəmiyyəti vasitəsilə bu potensiallarını reallaşdıraraq, sosial həyatın təkrar istehsalını təmin edir.

- Sizcə, Azərbaycanda vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğu  hansı səviyyədədir?

- Akademik Ramiz Mehdiyev  "Azərbaycan: qloballaşma dövrünün tələbləri" "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə" adlı fundamental əsərlərində bu məsələləri ətraflı təhlil edib. Azərbaycanda vətəndaş cəmiyyəti hüquqi dövlət quruculuğunun özünəməxsusluğu ondadır ki, onlar vahid orqanizm kimi qlobal cəmiyyətin daxili qarşılıqlı tərəfləri kimi özünü göstərir. Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna nail olmaq siyasi  hakimiyyətin bütün dairələri üçün əsas istiqamət sayılan məqsəddir. Kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, üçüncü sektorun - qeyri-hökumət təşkilatlarının, birlik assosiasiyaların maneəsiz işləməsi, söz, iradə, fikir, dini etiqad azadlığı müasir Azərbaycanın ictimai-siyasi inkişafının öncül istiqamətləridir. 

Ölkədə müstəqillik əldə olunandan sonrakı dövrü analiz etdikdə aydın olur ki, müasir vətəndaş cəmiyyətinin siyasi etikanın təşəkkülü birdən-birə mümkün deyil. Bunun üçün cəmiyyətin mədəni səviyyəsinin artması hüquqi dövlətin möhkəmlənməsi vacibdir. Aydındır ki, demokratik şəraitdə cəmiyyət üç cür parçalanır: siyasi, mədəni iqtisadi. Bu parçalanma da digər tərəfdən marksistlərin: "Hər şey iqtisadiyyatdan başlayır" fikrinə əks bir fikir ortaya qoyur: hər şey siyasətdən, mədəniyyətdən bir növ fəalların şüurundan asılıdır. Odur ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasının xarakteri mahiyyətini ümumiyyətlə dəqiq təsvir etmək mürəkkəb işdir. Bu baxımdan Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması bir necə dialektik ziddiyyətlə qarşılaşır. Birincisi, öz mahiyyəti etibarilə öz ənənəsi olan Azərbaycan cəmiyyəti Qərbi Avropanı "yeni" dəyərləri ənənələrini xüsusi tərzdə qəbul edir. Yəni, uzun müddət totalitar, inzibati-amirlik sistemində yaşamış cəmiyyətdə bunları kütləvi şüura "yeridərkən" qərbçi modernistlərin, anti-modernistlərin anti-qərbçi modernistlərin maraqlarının toqquşması baş verir.

Azərbaycan sosiumunda belə toqquşma problemini milli sosium şüurunun, fəaliyyətinin funksiyalarının vesternləşməsi kimi səciyyələndirmək olardı.

Diqqəti ona da yönəltmək istərdik ki, siyasi elitada siyasi elmin səhv başa düşülən hansısa postulatları ilə bağlı olan totalitarizm dövrünü yaşamış ölkələrin bir çoxu üçün səciyyəvi olan bəzi saxta stereotiplər dərin kök salıb. Onlar konsensusa nail olmaq vətəndaş cəmiyyətinin təşəkkülü yolunda şüurlu surətdə dəfedilməz  maneələr yaradır. Onlardan bəzilərini sadalayaq:hökumət xalqın qayğısına qalmalı, həyat səviyyəsindən tutmuş hüquqların tapdalanmasına qədər hər şey üçün məsuliyyəti boynuna götürməlidir; əgər həlledici vəzifələrə vicdanlı adamlar qoyulsa, bütün cəmiyyət korrupsiyanın aradan qaldırılmasına qoşulsa, korrupsiyanın kökünü müəyyən dərəcədə kəsmək olar; iqtisadiyyatda liberal islahatlar dövlət nəzarətinin sərtləşdirilməsi bir-birilə tutmur sair. İqtisadiyyat, siyasət sahələrində məhkəmə-hüquq sistemində reallaşdırılan islahatlar Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesinin dinamik daimi amil kimi keçidin başlıca şərtlərini təşkil edib, ötən əsrin 90- illərinin axırlarında reallığa çevrilib. Aydın dərk etmək lazımdır ki, vətəndaş cəmiyyətinin əslində bütün təsisatları güclü dövlət sayəsində mövcud olur.

- Bu sahədə hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Hazırda ölkədə ictimai təşkilatlar güclü şəkildə siyasiləşib onların fəaliyyət vektoru problemlərinin həllinə deyil, kənara yönəldilib (onlar ya dövlətə işləyir, yaxud da onun əleyhinə fəaliyyət göstərirlər). Təəssüf ki, milli siyasi ictimai təşkilatların çoxu vətəndaşların rifahına nail olmaq kimi məqsədə çatmağa çalışmaqda dövlətin real tərəfdaşlarına çevrilmədilər. Bunun səbəblərindən biri odur ki, Azərbaycanda özlərini müxalifət hesab edən siyasətçilərin çoxu özlərini elə aparırlar ki, sanki dövlətdə öz düşmənlərini görür belə hesab edirlər ki, hökumətlə birgə konstruktiv fəaliyyətdən söhbət belə gedə bilməz. Lakin buna baxmayaraq, son illərdə Azərbaycanda yetkin vətəndaş cəmiyyətinin təşəkkülü üçün şərait yaranıb. Bu şəraitə: siyasi mədəniyyətin təkmilləşməsi ya vətəndaşların xüsusi mülkiyyətə sahib olmasını; vətəndaş cəmiyyətinin fəaliyyət göstərməsinin ayrılmaz atributu kimi insan hüquqlarının müdafiəsi səviyyəsinin artmasını; ictimai strukturdakı vəziyyətinə görə qeyri-siyasi kommersiya fəallığına daha meyilli olan yeni orta yaranmasını aid etmək olar.

Bundan əlavə: xeyriyyəçilik, təhsil, yeni texnologiyalar, KİV, mədəniyyət, "humanitar əməliyyatların" bütün spektri kimi xüsusi istiqamətlər var ki, vətəndaş cəmiyyəti təsisatlarının burada işləməsi tələb olunur.

Sərhədlərin açılması Qərbə gedən Azərbaycan vətəndaşlarında Qərb modelinə istiqamətlənmiş vətəndaş cəmiyyətinin formalaşdırmanın yolları modelləri haqqında ümumi təsəvvür yaradır. Bu yolda Qərbin səhvlərini nəzərə alaraq, Azərbaycana xas vətəndaş cəmiyyətinin xeyrinə seçim etmək imkanı meydana çıxır.

Azərbaycanda siyasi partiyaların vətəndaş cəmiyyətinin maraqlarını ifadə etmək qabiliyyəti çox şərtidir. Əvvəla, ona görə ki, vətəndaş cəmiyyətinin maraqları yalnız hələ indi formalaşmağa başlayır, partiyaların özləri isə liderlərindən yaxın tərəfdarlarından savayı az adamı təmsil edir. İkincisi, müasir partiyalar hakimiyyəti vətəndaş cəmiyyəti ilə bağlayan formadan daha çox, siyasi xadim ətrafında həmfikirləri birləşdirən müştərilərə bənzəyir.

Vətəndaş cəmiyyəti institutlarının təkmilləşməməsi səbəbindən Azərbaycan dövləti cəmiyyət həyatının bütün sahələrinə nüfuz edir. İslahatlar sahəsində təşkiledici mərkəz rolu məhz dövlətin üzərinə düşür. Son vaxtlar dövlətin tənzimləyici funksiyalarının güclənməsi prezident strukturlarının hakimiyyət potensialının artması hesabına baş verməkdədir. Hazırda bunun nəticələrindən biri siyasi sistemin sabitliyinin getdikcə daha da artmasıdır.

- Sizin fikrinizcə, vətəndaş cəmiyyətinin inkişafında siyasi partiyaların rolu nədən ibarətdir?

- Belə bir qənaətə gəlmək olar ki, bu gün Azərbaycanda siyasi partiyalar institutu vətəndaş cəmiyyətinin maraqlarını əvvəlki kimi təmsil etməyə tam qadir deyil. Partiyalar əsasən, siyasi hakimiyyət uğrunda müxtəlif elitalar arasındakı mübarizəni institusionallaşdırır. Bunun bir sıra səbəbləri var. Birincisi, vətəndaş cəmiyyətinin maraqları hələ indi-indi formalaşır. İkincisi, əgər partiyalar hətta müxtəlif siyasi maraqları əks etdirirsə belə, hələlik onların sosial bazası yoxdur. Sosial strukturun təşəkkül tapmaması, siyasi istiqamətlərin möhkəm olmaması nəticəsində əhalinin əksəriyyəti konkret partiya obrazını həmin partiyanın adından çıxış edən liderlə eyniləşdirir. Bundan başqa, getdikcə Azərbaycanın siyasi partiyaları arasında əsaslı fərqlər itməkdədir. Hətta müxalifət partiyalarının proqramları da praktik olaraq bir-birindən heç ilə fərqlənmir. Bu proses həmin siyasi prosesin ümumdünya inkişaf təmayüllərini əks etdirir.

Sevinc MÜRVƏTQIZI

 





24.01.2014    çap et  çap et