525.Az

Qarabağ türküsü - Bəxtiyar Aslanın şeiri


 

Qarabağ türküsü - <b style="color:red">Bəxtiyar Aslanın şeiri </b>

Türkiyəli yazıçı, şair, "Türk Ədəbiyyatı" jurnalının baş redaktoru Bəxtiyar Aslanın illər öncə Qarabağa həsr etdiyi şeirini 525.az-ın oxucularına təqdim edirik:

Qarabağ türküsü

Şəhriyarın əziz ruhuna

Qarabağım, qara bəxtin ağ olsun,
dörd bir yanın bulaq olsun, bağ olsun,
Övladların iləlbət sağ olsun,
Qar yağdıqca, qan yağdıqca bu dağa,
bayrağımın şövqü vurur toprağa.

Qarabağım, məni də al bağrına,
məlhəm olum bağrındaki ağrına,
Qərənfilsiz çıxılarmı sabaha,
duysun dünya qan axmadan şan olmaz,
bu torpaqlar düşmana vətən olmaz.

Qarabağım, üzün gülsün, ağlama,
saçın yolub qaraları bağlama,
cavanınam, ürəyimi dağlama,
bəlkə bu gün günəşim ölgün doğar,
Sabah olar, parıl-parıl gün doğar.

Qarabağım, qarlı dağlar yıxılar,
qaranlıqdan ağ alınla çıkılar,
bir gün zəfər məşaləsi yaxılar,
candan özgə yaxacak çıraqmı var?!
Qarabağdan başqa bizə bağmı var?!

 





29.09.2020    çap et  çap et