525.Az

Paşinyan Putinə zəng etdi


 

Paşinyan Putinə zəng etdi<b style="color:red"></b>

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, erməni tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin müzakirəsi davam etdirilib.

Vladimir Putin davam edən hərbi əməliyyatlarla əlaqədar ciddi narahatlığını ifadə edib. Tərəflərin atəşi dayandırması və böhranın deeskalasiyası məqsədi ilə tədbirlər görülməsinə təcili ehtiyac olduğu vurğulanıb.

 

 





29.09.2020    çap et  çap et