525.Az

Ermənilər Füzuli rayonundakı Zobucuq ikinci qəsəbəsindəki xəstəxananı atəşə tutdu


 

Ermənilər Füzuli rayonundakı Zobucuq ikinci qəsəbəsindəki xəstəxananı atəşə tutdu<b style="color:red"></b>

Ötən gün gecə saatlarında Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunda yerləşən Zobucuq ikinci qəsəbəsindəki Rayon Mərkəzi Xəstəxanasını atəşə tutub.

APA-nın bölgəyə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, tibb müəssisəsinə ciddi ziyan dəyib.

İcra nümayəndəsi Əbülfət Alıyevin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin atdığı top mərmisi nəticəsində xəstəxana dağıntılara məruz qalıb.

 





29.09.2020    çap et  çap et