525.Az

Rusiyalı ekspert: İlham Əliyev Paşinyanı yerində otuzdurdu


 

Rusiyalı ekspert: İlham Əliyev Paşinyanı yerində otuzdurdu<b style="color:red"></b>

"Rossiya 1" telekanalının “60 dəqiqə” verilişində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı yerində otuzdurdu.

Trend-in məlumatına görə, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko öz "Twitter" səhifəsində yazıb.

O, ötən gün Rusiya televiziyasında baş tutmuş debatı şərh edib:

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ hadisələri ilə bağlı eksklüziv şərhlər etdiyi “60 dəqiqə” verilişinin canlı yayımını izlədim. Əliyev Paşinyanı yerində otuzdurdu - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məktəbi məhz budur”.

O, daha bir paylaşımında isə N.Paşinyanın dünya liderlərinə zənglərini xatırladıb:

“Paşinyan hər kəsə zəng elədi? Bəs Sorosa zəng elədi?”

 





30.09.2020    çap et  çap et