525.Az

Diqqət: Koronavirus iflic edə bilər


 

Diqqət: Koronavirus iflic edə bilər <b style="color:red"></b>

İlk vaxtlarda yalnız ağciyərlərimizə təsir etdiyi bilinən koronavirus artıq orqanizmimizdə digər simptomlarla özünü göstərir.

Araşdırmalara görə,  bunlardan biri də virusun ağır iflicə yol açan qan laxtalanmasına səbəb olmasıdır.

Türkiyəli Nevrologiya mütəxəssisi Dr.G.Metinin sözlərinə görə, koronavirus zamanı qan daha çox qatılaşmağa və yapışqanlılığa meylli olur. Bu isə beyinə gedən qan damarlarına maneə törədir və onun müəyyən hissəsində qan axınını kəsə bilir. Belə qan kəsilməsi iflic simptomlarına səbəb olur. Bu vəziyyətin yaranması üçün ən böyük risk faktorları arasında nəzarətsiz qan təzyiqi, zərərli pəhriz, şəkərli diabet, siqaret çəkmək, yüksək xolesterol və oturaq həyat tərzi və s. başlıca yer alır.
 
Mütəxəssisin sözlərinə görə, belə zamanda müdaxilə üçün ilk 4 saat daha önəmlidir. Çünki müalicədəki hər ikinci gecikmə 30 min beyin hüceyrəsinin ölümünə səbəb ola bilər. Simptomlar arasında üzün müəyyən hissələrində meydana gələn problemlər, qollarda uyuşma, danışma pozuqluğu da özünü göstərə bilər. Mütəxəssis bildirir ki, bəzən dərman və həblərlə keçirdiyimiz bu vəziyyət təhlükəli ola bilər. Hətta şiddətli qrip və müalicə olunmayan vəziyyəti olan insanlar beyin iltihabı ilə qarşılaşa bilərlər.

 





30.09.2020    çap et  çap et