525.Az

Payız allergiyasından necə xilas olmalı?


 

Payız allergiyasından necə xilas olmalı? <b style="color:red"></b>

Bu gün allergik rinit və astma kimi allergik xəstəliklərə müalicə ilə nəzarət edilə bilər. Lakin mübarizədə ən vacib nöqtə allergenlərdən uzaq durmaqdır. Baxmayaraq ki, adətən allergiya deyəndə bahar fəslini düşünürük, ancaq əslində, küf göbələkləri, göbələk sporları, ev tozları və polen payızda allergik soyuqdəymə və astma hücumlarına səbəb ola bilər.

Şəffaf rəngli burun axıntısı, davamlı asqırma, burun tutulması, öskürək, burunda və ya damaqda qaşınma, gözlərdə sululuq və qaşınma, baş və üz ağrıları, qoxu və dad pozğunluqları, halsızlıq, yorğunluq, yuxusuzluq, diqqəti cəmləmək və dəri qabıqlanması kimi şikayətlər payız allergiyasının simptomlarıdır. Lakin müəyyən tədbirlər görməklə bu cür allergiyanın qarşısını almaq olar:

- Mümkünsə, quru və küləkli havalarda çölə çıxmayın.

- Havanın soyuması ilə əlaqədar yaranan nəmli mühitdən qaçın.

- Qurumuş və tökülmüş ağac yarpaqlarının bol olduğu yerlərdə gəzintiyə çıxmayın.

- Xüsusilə bağ və torpaq işlərinin sıx olduğu dövrdə torpaqda yerləşmiş küf və göbələk sporlarına qarşı tədbir alın. Əgər bağçılıq və təsərrüfat işləri ilə məşğul olacaqsınızsa, bunun üçün həmişə uyğun əlcək, maska və üz sipəri kimi qoruyucu vasitələrdən istifadə edin.

- Əgər toza allergiyanız varsa, xüsusilə payız fəslində günəş işığı almayan otaqlarda toza qarşı daha diqqətli olun. İstilik sistemini payıza girmədən tənzimləyin və  onları tez-tez havalandırın. Evin rənglənmə işlərini  yay aylarında həyata keçirmək daha yaxşı olar.

- Bəzək əşyaları və aksessuar kimi lazımlı bilmədiyiniz əşyaları evdə saxlamayın. Kitablarınızı qapalı dolablarda saxlamağı seçin.

- Çölə çıxarkən günəş eynəyi və maska taxın.

- Avtomobilinizdə filtr istifadə etməyi

 və onu vaxtaşırı dəyişməyi unutmayın.

- Evə gəldiyiniz zaman geyiminizi dəyişdirin və mümkünsə, duş qəbul edin.

- Siqaret çəkməyin və çəkilən mühitlərindən uzaq durun.

 





30.09.2020    çap et  çap et