525.Az

Koronavirusdan ölüm riskini azaldan vitamin


 

ALİMLƏRDƏN TƏƏCCÜBLÜ ARAŞDIRMA

Koronavirusdan ölüm riskini azaldan vitamin<b style="color:red"></b>

Dünyada 32 milyondan çox insanın yoluxduğu və 1 milyona yaxın insanın öldüyü koronavirus pandemiyası ilə bağlı yeni xəbərlər gəlməyə davam edir.

ABŞ-da aparılan bir araşdırma, koronavirus  ilə əlaqədar təəccüblü nəticələr ortaya çıxarıb.

Belə ki, Boston Universiteti Tibb fakültəsində edilən yeni bir araşdırmada, D vitamini kifayət qədər olan insanların koronavirusa yoluxma və ölmə ehtimalının daha az olduğu aşkar edilib.

"PLOS One" adlı  akademik jurnalda yayımlanan araşdırmada, D vitamini səviyyələrini ölçmək üçün xəstəxanaya yerləşdirilmiş 235 koronavirusa yoluxmuş xəstədən qan nümunələri götürülüb.

Nəticədə 40 yaşdan yuxarı yoluxan xəstələr arasında yetəri qədər D vitamininə sahib olanların ölüm riskinin digərlərinə nisbətdə daha az olduğu müəyyən edilib.  Paralel aparılan digər araşdırmaya görə, D vitamininin yuxarı tənəffüs yollarına təsir edən digər viruslara qarşı da kömək etdiyi təsdiq edilib.

 





30.09.2020    çap et  çap et