525.Az

Daha 7 şagirddə koronavirus aşkarlandı


 

Daha 7 şagirddə koronavirus aşkarlandı<b style="color:red"></b>

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində COVİD-19-la bağlı bu günə olan vəziyyəti açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, bu gün hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 11, işçi heyətinin sayı 2 olub.

Bu gün virusa yoluxmuş şagirdlərin sayı 7, işçi heyətinin sayı 1 nəfər təşkil edib.

Bu günə qədər distant təhsilə keçən siniflərin sayı 19, məktəb sayı isə 1-dir.

 





30.09.2020    çap et  çap et