525.Az

Ermənilərdən Yuxarı Gövhər ağa məscidinə qarşı vandallıq aktı


 

Ermənilərdən Yuxarı Gövhər ağa məscidinə qarşı vandallıq aktı<b style="color:red"></b>

Ermənistan tərəfindən işğal olunan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidində təmir-bərpa işləri adı altında ermənilər məscidin daxili interyerində ciddi dəyişikliklər edərək tariximizi saxtalaşdırmağa çalışırlar.

Mədəniyyət Nazirliyi bildirib ki, məscidin internet resurslarında yayılmış şəkilləri də bunu təsdiqləyir.

Xatırladaq ki, Yuxarı Gövhər ağa məscidi 1883-1884-cü illərdə İbrahimxəlil xanın qızı Gövhər ağanın tapşırığı ilə memar Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği tərəfindən inşa edilib.

İndiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarğı və qamışdan bir məscid tikilibmiş. Pənahəli xanın tikdirdiyi qarğı məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz edilmişdi.

Daha sonra həmin məscidin yerində müasir dövrümüzə qədər gəlib çatmış Yuxarı Gövhər ağa məscidi kimi tanınan həmin bina inşa edilib.

EL ROMAN

 





30.09.2020    çap et  çap et