525.Az

"12 kq-lıq çantanı uşaq necə götürsün?!"


 

"12 kq-lıq çantanı uşaq necə götürsün?!"<b style="color:red"></b>

“Bu gün Azərbaycanda kifayət qədər məktəb tikilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

O bildirib ki, məktəblərin əksəriyyətində 1-ci sinfə qəbul zamanı uşaqdan imtahan götürülür:

“Burada verilən sualların yanında ali məktəblərə qəbul imtahanlarında verilən suallar yalandır. Uşaq məktəbə, 1-ci sinfə təhsil almağa gəlir. Bu uşaq suallara haradan cavab versin? Əksər məktəbdə belədir. Ərazidə yaşayan vətəndaşların uşaqlarını həmin məktəblərə götürmürlər. Bunu da onunla əlaqələndirirlər ki, məktəbin səviyyəsi aşağı düşəcək. Məktəbləri tikib, istifadəyə veriblər. Oradakıların vəzifəsi uşaqları öyrətməkdəir. Digər tərəfdən artıq uşaqlara “çantadaşıyan” tuturlar. 12 kq-lıq çantanı uşaq necə götürsün?! Həmçinin pullu təhsil sistemində pulun haralara getdiyi açıqlanmalıdır. Şəffaflıq təmin olunmalıdır”.

 





30.09.2020    çap et  çap et