525.Az

Dünya Bankı yoxsulluğun kəskinləşəcəyini gözləyir


 

Dünya Bankı yoxsulluğun kəskinləşəcəyini gözləyir <b style="color:red"></b>

Dünya Bankı (DB) yaxın 20 il ərzində Şərqi Asiya və Sakit okeanı regionunda yerləşən inkişaf etməkdə olan ölkələrdə yoxsulluq probleminin xeyli pisləşəcəyini gözləyir.

Bu barədə bankın bazar ertəsi yayımlanan hesabatında deyilir.

Proqnoza görə, azı 38 milyon insan yoxsulluq həddinin altında qalacaq və ya onu aşa bilməyəcək. Bankın təsnifatına görə, ortadan yuxarı gəlirli ölkələrdə yoxsullar kateqoriyasına yaşayış minimumu gündə 5,5 ABŞ dollarından az olanlar daxildir.

"Koronavirus pandemiyası uzunmüddətli perspektivdə iqtisadi artıma davamlı təsir göstərəcək, investisiyalara və insan kapitalına zərər verəcək. İşsizlik, investisiya mühitinin qeyri-sabitliyi, məktəb və müəssisələrin bağlanması, ticarət və istehsal zəncirlərinin qırılması kimi problemlər yaşanacaq", - hesabat müəllifləri qeyd edib.

Dünya Bankından vurğulanıb ki, hərtərəfli tədbirlər görmədən bölgə iqtisadiyyatını onilliklər ərzində ildə 1 faiz bəndi azalma gözləyəcək. Ən böyük təsiri səhiyyə, təhsil və əmək bazarına çıxış da daxil olmaqla, müxtəlif çətinliklərlə qarşılaşan yoxsul ailələr hiss edəcəklər.

Bakıda mənzillərin qeydiyyatı üçün növbəti sənəd qəbulu keçiriləcək

İstismarına icazə verilən yeni çoxmənzilli binalardakı mənzillərin növbəti səyyar sənəd qəbulu sentyabrın 30-u Nəsimi rayonu, Akademik Həsən Əliyev küç., 1030-cu məhəllə ünvanında keçiriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 22 ünvanda səyyar qəbul aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

 





30.09.2020    çap et  çap et