525.Az

Doktoranturaya qəbul qaydaları dəyişdi


 

Doktoranturaya qəbul qaydaları dəyişdi<b style="color:red"></b> Baş nazir Artur Rəsizadə “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişiklik edilməsi haqqında qərar verib.

Bu barədə Lent.az-a Nazirlər kabinetindən məlumat verilib.

Qərar Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq verilib.

Qərara əsasən, bundan sonra doktoranturaya qəbul ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən müəyyən edilən müddətlərdə hər il keçiriləcək.
 





27.01.2014    çap et  çap et