525.Az

Malayziyalı parlamentarilər bəyanat yaydılar


 

Malayziyalı parlamentarilər bəyanat yaydılar<b style="color:red"></b>

Malayziya Parlamentinin Nümayəndələr Palatasında Malayziya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu tərəfindən Ermənistanın ölkəmizə qarşı davam edən hərbi təxribatını kəskin şəkildə pisləyən bəyanat verilib.

Bu barədə APA-ya Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyindən xəbər verilib.

Bəyanat dostluq qrupunun sədri Datuk Rosman Bin Datuk Haji İsli tərəfindən 1 oktyabr tarixində imzalanıb və onun surəti Azərbaycanın Malayziyadakı Səfirliyinə göndərilib.

Malayziya – Azərbaycan Dostluq Qrupunun üzvləri 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı başladılmış hücumları pisləyiblər.

“Biz təcili olaraq Ermənistan hökumətinə çağırış edirik ki, beynəlxalq hüququn əsas əmredici qanunlarını (imperatives), eləcə də beynəlxalq humanitar sənədlərdən irəli gələn fundamental tələbləri pozan hər bir cəhdini dayandırsın. Ermənistan hökuməti gücdən istifadəyə baş vurmadan, eləcə də diplomatik səylərin gücünü nəzərə alaraq, Azərbaycanla münaqişənin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün ən qısa zamanda konstruktiv danışıqlara əməl etməlidir.

Bizim dostluq qrupumuzun bütün üzvləri dərin təəssüf hissi keçirirlər ki, Ermənistanın yuxarıda qeyd olunan hücumları təkcə Cənubi Qafqazda sülh və rifaha qarşı deyil, eyni zamanda 23 iyul 2020-ci il tarixində Malayziyanın BMT-yə üzv dövlətlərdən 171 ölkənin səsini toplayaraq, beynəlxalq əməkdaşlığı və qarşılıqlı etimadı nəzərdə tutan “COVID-19 Pandemiyası dövründə Qlobal Atəşkəs üçün BMT Baş Katibinin Müraciətinə Dəstək Bəyanatı” təşəbbüsünü də sarsmışdır”, - deyə bəyanatda qeyd olunub.   

Bəyanatın sonunda həyatını itirən şəxslərin ailələrinə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.

Qeyd edək ki, bundan əvvəl Malayziya Xarici İşlər Nazirliyi 29 sentyabr tarixində Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyanat yayıb.

 

 





01.10.2020    çap et  çap et