525.Az

“Bu tendensiya ilə düşmənin canlı qüvvəsi 36 gün sonra tam yox ediləcək"


 

“Bu tendensiya ilə düşmənin canlı qüvvəsi  36 gün sonra tam yox ediləcək"<b style="color:red"></b>

"Artıq döyüşlərin 5-cü günü Ermənistan ordusunun maddi-texniki bazasına dəymiş ziyan  1,15  milyard dolları keçib. Bəlkə də dəqiq hesablamalar aparılsa bu rəqəmin daha böyük olduğunu görə bilərik”.

Bu sözləri 525.az-a açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı, iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

E.Əmirov vurğulayıb ki, bu illik hərbi büdcənin 200 faizi deməkdir. Yəni Ermənistən 5 gün ərzində 2 illik hərbi büdcəsini sərf edib artıq. Hərbi texnikanın kəmiyyət baxımından itikisinə gəldikdə isə təxminən 15-20 faizli bir itki görürük:
 
"Eyni faciəvi halı biz onların canlı qüvvəsində də müşahidə edirik. Ermənistanın təxminən 50-60 min əsgəri varsa bunun təxminən 25 mini Qarabağ ərazisindədir.  Döyüşlərin dördüncü günü rəsmi məlumata görə 2300 erməni əsgəri məhv edilib. Bu ağılasığmaz qədər çox böyük rəqəmdir. Bu rəqəm Qarabağdakı erməni əsgərlərinin təxminən 10 faizi deməkdir. 4 gün ərzində onda biri məhv edilən canlı qüvvə bu tendensiya ilə 36 gün sonra tam yox ediləcək deməkdir.  Düzü, onların 36 gün davam gətirəcəklərinə qəti inanmıram. Çünki, artıq yaralılarla xəstəxanaları dolmuş, ordakı tibbin vəziyyəti isə buna qarşılıq vermək gücündə deyil.  Ermənistan səhiyyəsi nəinki regionun,  dünyanın ən bərbad səhiyyəsinə malik olduğu sirr deyil. Odur ki istər tibbi təhcizat, istərsə də personal baxımından  ağır durumda olan xəstəxanalar nəinki yaralıların 3-də 1-ni yenidən döyüşə qaytara bilməyəcək, onların yaşaması belə sual altında olacaq. Bütün bu sadaladıqlarımıza onların daxili auditoriyasında yaşanan gərginliyi və iqtisadi tənəzülün artan tendensiyasını gəlsək, onda Ermənistanı yaxın günlərdə gözləyən BÖYÜK RƏSMi çox aydın təsəvvür etmək olur. Bundan sonra yəqin ki, təkcə Fransa və digər qonşuların deyil, heç Allahlarının da onlara köməyinin faydası olmayacaq!”.

 





01.10.2020    çap et  çap et